Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FES rəhbərliyinə namizədlər - Siyahı


Qlobal iqtisadi bazarı maraqlandıran mühüm məsələ Canet Yellendən sonra Federal Ehtiyat Sisteminin (FES) sədrliyinə kimin gətiriləcəyidir


Məlumdur ki, hazırkı FES sədri Yellenin vəzifə müddəti gələn ilin fevral ayında bitir.

Axar.az bu post üçün namizədliyi ABŞ prezidenti Donald Trampa təqdim edilən və Yellenə rəqib ola biləcək adların dosyesini hazırlayıb.

Dünya iqtisadi ekspertləri gələn ilin 3 fevral tarixində vəzifə müddəti sona çatacaq olan Yellenin yenidən sədr olacağını ehtimal etmirlər.

Yellenin yanaşması isə labirint effektlidir. Belə ki, xanım sədr keçən həftə ABŞ Konqresindəki məruzəsi zamanı bir konqresmenin ona ünvanladığı “Bu son Konqres təqdimatınız ola bilərmi?”, - sualına, “Vəzifə müddətim gələn ilin fevral ayında başa çatır, bu, son Konqres təqdimatım ola bilər”, - cavabını vermişdi.

Yellen bu məsələ ilə bağlı Prezident Donald Trampla görüşməyə hazır olduğunu da demişdi.

FES rəhbərliyi üçün düşünülən ən güclü namizəd Qeri Kon- ABŞ Milli İqtisadi Şurasının direktoru və Trampın İqtisadi məsələlər üzrə müşaviridir. Trampın rəhbərliyi altında işləməmişdən əvvəl, 25 ildən çox nüfuzlu insevtisiya şirkəti olan "Goldman Sachs Group"a rəhbərlik edib. Həmin dövrdə bir tərəfdən maliyyə sistemində likvidlik dərəcəsini yüksəldən, digər tərəfdən isə banklara kredit verərkən diqqətli olmağı xəbərdarlıq edən FES-i tənqid etmişdi. 56 yaşlı Kon daha əvvəl verdiyi müsahibələrində bu posta gəlməyi düşünmədiyini bildirsə də, hazırda sədrliyə ən real namizəddir.

Bu posta başqa bir namizəd isə Kevin Varşdır. 2008-ci il maliyyə böhranı dönəmində FES rəhbərliyində çalışan Kevin daha əvvəl məşhur ABŞ bankı olan “Morgan Stanley”nin idarəçiliyində yer alıb. ABŞ Mərkəzi Bankını mütəmadi olaraq tənqid edən 47 yaşlı iqtisadçı pul siyasəti və kommunikasiya sistemində dəyişikliyin tərəfdarı kimi tanınır. Kevin Trampın yaxın dostu Ronald Lauderin qızı Ceyn Lauderlə evlidir.

Yelleni ən çox tənqid edənlərdən biri olan ABŞ-ın sabiq maliyyə naziri Con Teylor da FES sədrliyinə namizəddir. Hazırda Stanford Universitetinin iqtisadiyyat üzrə professoru olan Teylor, 1993-cü ildə yeni bir pul siyasəti qaydasını irəli sürmüşdü ki, bu da onun şərəfinə "Teylor Qaydası" adlandırılmışdı. 70 yaşlı Teylor FES-in həyata keçirdiyi siyasətin zəif olduğunu düşünür.

FES sədrliyinə digər iddialı namizəd 2001-2003-ci illərdə Corc Buşun iqtisadi məsələlər üzrə baş müşaviri olan, hazırda Kolumbiya Universitetində dekan vəzifəsində çalışan Qlen Habbard qaydalara uyğun şəkildə yürüdülən siyasətin tərəfdarıdır. Buşun vergi güzəşti planının ideya müəlliflərindən olan Habbardın Trampla sıx əlaqələri olmasa da, Trampın Ticarət məsələləri üzrə müşaviri Piter Navarro ilə birlikdə 2010-cu ildə iqtisadi siyasət mövzusunda kitab yazıb.

Hazırda FES rəhbəriliyində yer alan Cerom Pauell sədrliyə o qədər də yaxın namizən hesab olunmasa da, bir ehtimal kimi nəzərdə tutulur. FES İdarə Heyətində Respublikaçıları dəstəkləyən yeganə üzv olan 64 yaşlı Pauell hər iki partiya tərəfindən mötəbər qarşılanır. Buş dövründə Maliyyə Nazirliyinin yüksək vəzifələrində çalışıb.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Bankı olan Federal Ehtiyat Sisteminin (FES) sədrinin səlahiyyət müddəti gələn ilin fevral ayının 3-də bitəcək və yeni sədr məlum olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar