Türkiyənin "Fənərbağça" klubunun prezidenti olan Əziz Yıldırım hər il olduğu kimi, bu mövsüm də Arda Turanı transfer etmək istəyir
Musavat.com xəbər verir ki, "Qalatasaray"la əzəli rəqib olduqları üçün prinsipial məsələ halına gələn Arda transferi bu il də gündəmə gəlib.
Türkiyə mediasının iddiasına görə, Əziz Yıldırım komandaya Aykut Kocamanı gətirmək istəyir. Bu transferin alınması üçün o Ardanı da komandaya gətirmək fikrindədir. "Barcelona"dan ayrılacağı gözlənilən Ardanın isə Türkiyəyə gəlmə fikri yoxdur.
O, həmçinin Türkiyəyə transfer olarsa ancaq "Qalatasaray"a geri dönəcəyini də dəfələrlə açıqlayıb.
pia.az