Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədzadənin Xaçmazdakı işçisi artıq özü-özünə sığışmır


Xaçmaz rayonun mini oliqarxı Vaqif Səlimov


Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov dövlətdən mənimsədiyi yüz min manatlar hesabına özünə böyük sərvət toplayıb və artıq özünü qeyri-rəsmi milyoner kimi təqdim etməkdən belə çəkinmir.

Azərbaycanda korrupsiya və dövlət vəsaitini mənimsəmə hallıarı artıq o səviyyəyə çatıb ki, rayonlarda idarə müdirləri belə dövlət vəsaitlərini mənimsəmələri hesabına özlərini milyoner adlandırırlar. Diqqətə alınmalıdır ki, bu gün Azərbaycan kəndlərində əhali çox ağır sosial şəraitdə yaşamaqdarlar. Kənd əhalisinin böyük hissəsi Bakıda tikintilərdə və Qaradağda daş karxanalarında günəmuzd olaraq çalışırlar. Yəni faktiki olaraq bu insanların heç bir sossial təminatları və sabaha olan güvəncləri yoxdur. Bunun müqabilində isə rayonlarda bir ovuc məmur sürətlə varlanır…

PİA.AZ daxil olan məlumata görə Xaçmaz rayonun qeyri rəsmi məmur milyonerlərinin başında Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov gəlir. Bildirilir ki, o, artıq yaxın ətrafının yanında milyoner olduğunu belə gizlətmir və Xaçmazda çoxları Vaqif Səlimovu elə belə də qəbul edir.

Qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin inandığı bu mini oliqarx hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyərək öz şəxsi biznesini, var dövlətini çiçəkləndirir. Bunun üçünsə o hər vasitə ilə . Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin işinə yaramağa çalışır.

PİA.AZ-a daxil olan məlumata əsasən Xaçmazın yeganə su idarəsi olan Suvarma Sistemləri İdarəsinin 300-ə yaxın işçisis, çoxlu sayda texnikası var və bu idarənin üzərinə Xaçmazda doğudan çox iş  düşür. Amma idarə müdiri Vaqif Səlimov işçilərinə qarşı kobud davranmaqla yanaşı, həmçinin böyük maliyyə maxinasiyları həyata keçirərək hər il dövlətin yüzmin manatlarla vəsaitini mənimsəyin. Xaçmazın su və melorasiya ilə bağlı problemləri isə həll olunmamış qalır. Həll olunması isə imkansızxıdr. Çünki idarə müdiri hər yerdə kosmetik və dekorativ işlər görərək ayrılan vəvəsaitlərin 70-80 fizini mənimsəyir.

Bu barədə məlumatda göstərilir ki, Əhməd Əhmədzadəyə və icra başçısı Şəmsəddin Xanbabayevə “yaxşı qulluq” etdiyindən idarə müdirinə gözün üstündə qaşın deyən yoxdur. İdarə müdirinin maliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi yüz min manatlarla vəsaitlər isə dövlətin və Xaçmazın inkişafına deyil, məhz Vaqif Səlimovun qanunsuz biznesinin həyat şəraitinin çiçəklənməsinə sərf olunur.

Daxil olan məlumatda bildirilir ki, son 2 ildə Xaçmaz Vaqif Səlimovun idarəsinə 2 milyon manata yaxın vəısait ayrılıb. Ayrılan vəsaitlər maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına və müxtəlif işlərin görülməsi adı altında xərclənib. Əslində ortada nə alınan, nə də görülən dəyərli heç nə yoxdur.

Bildirilir ki, Xaçmaz sakinlərinin kənd təəsrrüfatında istifadə etdiyi və həyətyanı sahələrində istifadə etdikləri suyun pulunuda məhz Vaqif Abdullayev yığır. İdarə müdirinin adamları heç bir sənəd, qəbz vermədən bütün Xaçmaz sakinlərindən il boyu pul yığmaqla məşğul olur.İl ərzində su pulu yığımından Suvarma Sistemləri idarəsinin büdcəsinə yarım milyon manata yaxın qazanc daxil olduğu bildirilir. Belə ki, əkin sahələrinin suvarılması üçün 1 ha sahəyə görə hər dəfə suvarılma üçün 8 manat, həyətyanı sahələr üçünsə  ayda 4 manat vəsait yığılır. Xaçmaz rayonunda ümumilikdə 50 min hektara yaxın əkilən sahələr olduğuda bildirilir. Həmin vəsaitin böyük hissəsi sənədləşdirilmədən mənimsənilir, ancaq cüzi bir hissəsi isə gözdən pərdə asmaq naminə idarəninin büdcəsinə köçürülür.

Bildirilir ki, Vaqif Səlimov hər il yüz min manatlarla vəsaiti kanallarda, çay yataqlarında, artezan quyularında və müxtəlif yerlərdə cari təmir işlərinin görülməsi adı altında silərək mənimsəyir. Artezian quyularının və bəzi kanalların cari təmiri istifadəçi sakinlərin pulu ilə həyata keçirilir.

Məlumatda o da qeyd olunur k, mini oliqarx Vaqif Səlimovun Xaçmazda bir  neçə obyekti,  Xudatda, qonşu Quba rayonunda dəbdəbəli imarətlərii, Bakı şəhərində 4 mənzili və qiyməti 60 mindən başlayan bir neçə xarici aftomobili Bakının gur yerlərində bir neçə bizneç strukturu var. Bu hələ idarə müdirin bilinən mal valığıdır. Yəni aysberqin görünən üzüdür. Əslində Vaqif Səlimovun mal varlığının bilindiyindən qat-qat artıq olduğu bildirilir. Həmçinin idarə müdirinin tam bir oliqax kimi hər il xarici ölkələrə müalicə adı ilə aylarla istirahətə getdiyi də qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar