Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib
Məlumata əsasən, M.Ə.Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.(trend)
pia.az