Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən bahalı, ən qədim, ən kiçik kitabları - Fotolar


Kulis.az dünyanın ən bahalı, ən qədim, ən kiçik, ən çox oxunan, ən qalın, ən sirli kitablarını təqdim edir


Dünyanın ən bahalı kitabı
 

 
“Lester kodeksi” Leonardo Da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Qeyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcılığı və s. öz əksini tapmışdır.
 
Dünyanın ən qədim kitabı
 

 
“Diamond Sutra” dünyanın ən qədim nəşr olunmuş kitabı hesab olunur. Kitab Budda və onun tələbələri arasındakı dialoqlardan bəhs edir. Hərflər və şəkillər əvvəl taxta lövhə üzərində işlənilib, daha sonra rənglənərək kağıza köçürülüb.
 
Dünyanın ən kiçik kitabı
 

 
Gözlə görmək çətindir. Yaponiyada nəşr olunan bu kitab 0.74x0.75 ölçüsündədir və dünyanın ən kiçik kitabı hesab olunur. Kitabın adı “Shiki no Kusabana”dır (“Mövsüm çiçəkləri”) və 22 səhifədən ibarətdir. Kitab 0.01 millimetr yazı ölçüsü ilə yazılmış çiçək illüstrasiyalarından ibarətdir.
 
Dünyanın ən çox oxunan kitabı
 

 
İncil dünyanın ən çox oxunan kitabıdır. Ginnesin Rekordlar kitabında yer alan təxmini məlumata görə kitab 5 milyard nüsxə çap olunub. “Dünya İncil Cəmiyyəti”nə görə hər il o siyahıya 20 milyon İncil nəşri əlavə olunur. Kitab 2500-dən artıq dilə tərcümə olunub. Bu özü də bir rekorddur.
 
Dünyanın ən çox oxunan romanı
 

 
Yel dəyirmanlarına qarşı mübarizə aparan Don Kixotun macərası 400 ildən çox bir vaxt ərzində oxucuları həmişə həyəcana gətirib. Riçard Ştraus və ya Pablo Pikasso kimi sənətçilər də bu romandan ilhamlanıblar. Servantesin müəllifi olduğu “Don Kixot” 500 milyon dəfə nəşr olunub. Bu ikinci ən çox nəşr olunan “Harry Potter” kitabından 100 milyon dəfə çoxdur.
 
Dünyanın ən qalın kitabı
 

 
Dünyanın ən qalın kitabı Aqata Kristinin “Miss Marple” kitabı hesab olunur. Kitabın qalınlığı 32 sm, ağırlığı 8 kiloqramdır. Detektiv 4032 səhifəlik kitabda 32 hadisəni, oğurluğu və başqa cinayətləri araşdırır. Harper Collins şirkəti bu kitabdan cəmi 500 nüsxə çap edib.
 
Dünyanın ən sirli kitabı
 

 
Etel Voyniçin bu kitabında tamamilə bilinməyən yazı dilindən istifadə edilib. Kitabda naməlum bitkilər, bir-birinə keçirilmiş borular və vannada oturmuş çılpaq qadın şəkilləri də daxil olmaqla bir sıra maraqlı illüstrasiyalar yer alıb.
 
Dünyanın ən məhsuldar yazarı
 

 
Daha çox sayentologiyanın yaradıcısı kimi tanınan L. Ron Hubbard Ginnesin Rekordlar kitabına görə əsərləri ən çox nəşr olunmuş yazardır. Səsli kitab rekordunda birincidir. O, gəncliyində Çinə və Hindistana səfər etmiş, buddist rahiblərdən ruhun mahiyyəti ilə bağlı bilgilər almış, onların bir çox ideyalarını mənimsəmişdir. Geniş fantaziyaya malik Hubbard yazıçılıqla da məşğul olur, mətbuatda məqalələrlə çıxış edirdi. Sonralar o, fəaliyyətini genişləndirərək, sayentologiya təlimini yaratdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar