Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Trampın ABŞ HDQ artırmaq planı


Səbəb sürətlə inkişaf edən Çinin qlobal iddialarıdır


Nikita Kovalenko

NG.ru, 25.04.2017

Birləşmiş Ştatlar hərbi dəniz donanması heyətinin kəskin şəkildə artırılması xatirinə sərf ediləcək nəhəng məsrəflərin məbləğini hesablamağı davam etdirir. Bu, soyuq savaş dönəmindən bəri ABŞ HDQ-nin ən böyük artımı olacaq. Bunun nəyin xatirinə başlandığı bütünlükdə aydındır, lakin, bax, bu qədər böyük inşaatı təqib edəcək problemlərin miqyasını Trampın hələ gələcəkdə dərk etməyi lazımdır. 

ABŞ prezidenti Amerika donanmasının sayını onlarla gəmi ilə çoxaltmaq niyyətindədir. Ali baş komandanın planı Vaşinqtona ciddi məbləğə başa gələcək – Konqresdə mümkün büdcə xərclərini fəal şəkildə hesablayırlar. Həm də bütün bunlar QHT, xarici dövlətlərə yardım və başqa bu cür layihələrin ziyanına olacaq.

Bu cür tendensiyalar ondan xəbər verir ki, Ağ Evin yeni başçısı sələfi Barak Obamanın və digər demokratların sevdiyi “yumşaq güc” konsepsiyasından uzaqlaşmaq fikrindədir. Tramp əsil respublikaçı kimi bütün dünya üzrə Amerika maraqlarının yeridilməsində gerçək, yəni hərbi  gücə söykənəcək və bunu artıq Suriya və Əfqanıstanda sərgiləyib. ABŞ-ın hərbi qüdrətinin əsas dayağı isə ənənə üzrə Amerikanın dünyanın istənilən nöqtəsində iştirakını mümkün qədər yaxşı təmin edən donanmadır.

Bu qədər gəmi Trampın nəyinə lazımdır?

Bəs Trampı respublikaçı ideyalara sadiqlikdən savayı bu addıma nələr təhrik edir? Çətin ki təkcə sadə qeyri-iradilik və ABŞ-dakı bəzi opponentlərinin iddia etdiyi kimi, önənmli hərbi gücə malik olmaq arzusu. “Экспорт вооружений” dərgisinin baş redaktoru Andrey Frolov “Vzqlyad” qəzetinə bildirib: “Bir tərəfdən onun maraqlarının çox böyük və sürətlə inkişaf edən Çin donanmasına malik Asiya ərazisinə yerdəyişimi. Digər tərəfdən müdafiə-sənaye kompleksinin maraqları. Tutaq ki, üçüncü tərəfdən, amerikalılar tarixən dəniz dövlətidir, donanma onlara eyni vaxtda bir neçə yerdə fəal kürəsl siyasət yürütməyə yardım edir”.

HDQ müasir şəraitdə vəzifələrin geniş çalarlarını həll etmək üçün istifadə olunur. Xüsusən də dünyanın müxtəlif nöqtələrində (məsələn, Somalidə) dəniz quldurluğu, narkotrafik, qaçaqmalçılıqla mübarizədə, antiterror əməliyyatlarında, humanitar missiyalarda (hətta Afrikada Ebola qızdırması ilə mübarizədə) iş görür. Pentaqonda ABŞ millli maraqlarının təminatı üçün Amerika gəmilərinin daimi iştirakı gərəkən 18 dəniz zonası ayırırlar. Donanma xidmətlərinə tələbatın artımı onun əlavə resurslara tələbatının artımı da səbəb olur.

Rusiya raket və artilleriya elmləri Akademiyasının geopolitiklər Birliyinin sədri, hərb elmləri doktoru Konstantin Sivkov hesab edir: “ABŞ kürəsəl səciyyəli vəzifə həll etməyə hazırlaşır. Bunun üçün onlara bunu edə bilməyə qabil güc və donanma vasitələri lazımdır. Onların dəyərləndirməyinə görə, indikin anda güc və vasitələr yetərli deyil”.

Nəzərə almaq lazım gəlir ki, gəmilərin hamsı eyni vaxtda döyüş növbəsinə çıxa bilmir. Hazırda Vaşinqtonun sərəncamındakı (müxtəlif dəyərləndirmələrə görə) 272-275 gəmidən döyüş postunda yalnız 35%-i yaxını yerləşir. Bu, (bəzən müddəti uzadılan) müntəzəm texniki xidmət və təmirlə, heyətin rotasiyası və istirahəti ilə əsaslandırılır. Bu qayda ilə gerçəklikdə təkcə bir gəminin dünyann uzaq bölgəsində iştirakı üçün, ən azı, üç gəmi (və iki heyət) lazımdır: biri döyüş növbəsində, biri xidmətdə (təmirdə), digəri əsaslanma və yaxud növbə yerinə keçiddə.

Daha bir səbəb Amerika donanmasının modernləşməsinə çoxdan yetişmiş tələbatdır. Bu problem təkcə gəmilərə aid deyil. Cari anda Amerika aviadaşıyıcılarında əsaslanmış bütün təyyarələrin 62%-i (F/A-18 Hornet və F/A-18E/F Hornet) uçmağa qabil deyil (məsələn, təmirə ehtiyacı var və yaxud artıq texniki xidmətdədir). Bu rəqəm normal şəraitdə 30%-dən çox təşkil etməməlidir. Bu qayda ilə ABŞ ən yaxın dövrdə donanmanın təzələnməsi ilə məşğul olmasa, döyüş qabiliyyəti xeyli azalacaq.

Lakin donanmanın artırılması üzrə planların əsas səbəbləri yenə də xarici səbəblərdir.  Andrey Frolov hesab edir ki, bu da birinci növbədə Çinlə qarşıdurmadır. Trampın antiçin əhvali-ruhiyyəsi sadəcə paranoyya deyil. ÇXR-in müdafiə xərcləri durmadan artır (2010-2016-cı illərdə 100 milyarddan çox). Çin eyni zamanda HDQ-ə xüsusi vurğu edir. Çin SQ-nin silahlanmasında bir aviadaşıyıcı var, biri də tezliklə inşa olunub qurtaracaq, Pekin ən yaxın illərdə isə onların sayını beşə çatdırmağı planlaşdırır. Həm zərbə (hazırda bunların sayı 60-dan çoxdur), həm də strateji sualtı qayıqların (indiki anda beşdir) inşası da fəal gedir.

Dünyada artıq “aviadaşıyıcı qatili” ləqəbi almış və son sınaqlar mərəhələsində olan ilk gəmi əleyhinə DF-21D ballistik raket amerikalılarda xüsusi təşviş doğurur. Bundan savayı, ÇXR ayrılan döyüş başlıqlı, 15 min km-lik məsafədə hədəfi vura bilən və Amerika RƏM sistemini tamamilə dəf edə bilən DF-41 ilk qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib. Bütün bunlar perspektivdə Çinə təkcə ABŞ-ın aviadaşıyıcı qruplarına qarşı uğurla fəaliyyət göstərmək və öz ərazisinə, o cümlədən mübahisəli Tayvan, Cənubi Çin dənizi adaları və s.-ə girişləri qapamaq imkanı verməyəcək, həm də bütün Asiya-Sakit okean bölgəsində, həmçinin dünyanın başqa nöqtələrində güc proyeksiyası yaradacaq ki, bu da Vaşinqtonu əsla qane etmir

İrimiqyaslı planlar

Trampın səsləndirdiyi planlar ən yaxın 30 ildə ABŞ HDQ döyüş gəmilərinin sayının 350-dək artırılmasını (keçmiş administrasiyanın planı 308 idi) nəzərdə tutur (Pentaqonda ayrı-ayrı şəxslər əvvəllər daha heybətli rəqəm təklif edirdilər – 355 və hətta 400-dən çox). Bu, 1980-ci illərdən bəri ən böyük artımdır. Bunu amerikalıların donanmanın sayını hətta 600 vahidə çatdırdığı soyuq müharibənin ritoprikasına dönüş adlandırmaq olar. Gəmilərin bu cür sayını təkcə HDQ-nin vəzifələrinin geniş spektri və müdafiə ehtiyacı ilə izah etmək mümkün deyil. Bu, gerçək münaqişəyə hazırlığa hədəflənmiş və önləyici zərbə endirməyə imkan verən aşkar bir addımdır. Bax, təkcə ehtimal edilən düşmən indi SSRİ deyil, Çindir. Amma müasir şəraitdə belə bir strategiya nə qədər effektlidir? Xüsusən də nəzərə alınsa ki, ÇXR Amerika donanmasını və birinci növbədə onun əsas yumruğunu – aviadaşıyıcı qrupları neytrallaşdırmaq gücündə olan silahanmaya israrlıdır. 

ABŞ-ın nə inşa etməyə hazırlaşdığını nəzərdən keçrək. Gəmilərin sinfi üzrə donanma inşaatının heç bir konkret proqramı hələlik rəsmən qəbul edilməyib. Amma ABŞ HDQ 355 gəminin tələb edildiyini deyərək artıq bu xüsusda öz ideyalarını irəli sürüb. Bu xüsusən də aviadaşıyıcların sayının 11-dən 12-ə artırılmasını nəzərdə tutur. Suüstü böyük gəmilər 88 əvəzinə 104 olmalıdır. Amerikalılar “İcis” informasiya-idarəetmə döyüş sistemi ilə təchiz edilmiş eskadra minadaşıyanları və kreyserləri, həmçinin “Zumvolt” tipli üç esminesi bu qrupa aid edirlər. Suüstü kiçik gəmilərin (freqatlar və sahil döyüş gəmilərinin) sayı dəyişilməz qalır – 52 vahid. HDQ həmçinin sualtı zərbə qayıqlarının miqdarını 48-dən 66-ya çatdırmağı düşünür. Eyni zamanda BRSQ (ballistik raketli sualtı qayıqlar) parkı 12 vahid səviyyəsində saxlanacaq.

Göründüyü kimi, əsas vurğu esmines, kreyser və sualtı zərbə qayıqlarının artırılmasına edilir. Başqa sözlə, məhz düşmənin gəmilərinə qarşı yönəlmiş zərbə gücü çoxaldılır. Məhz Çinin artan donanması və aviasiyasına qarşı fəaliyyət üçün lazım olanlar. ABŞ eyni zamanda Çinin DF-12D “aviadaşıyıcı qatili”ni məhv etməyə imkan verən RƏM-i fəal şəkildə hazırlayır. Xüsusən də ballistik hədəfləri vura bilən SM-6 Dual 1zenit raketləri fəal şəkildə silahlanmaya qoyulur.

Pentaqon həm də yeni freqatlarını lokal RƏM sistemləri ilə təchiz etməyi planlaşdırır ki, bu da ona təkcə özünün deyil, həm də döyüş təminatı gəmilərinin hava hücumundan müdafiəsini həyata keçirməyə imkan verəcək. Bundan savayı, amerikalılar 2030-cu illərdə işıq üzü görəcək yeni, böyük suüstü gəmi hazırlayırlar.

Amma hələ bu da hamısı deyil. HDQ planına əsasən, komanda və dəstək gəmilərinin sayı da artırılmalıdır (uyğun olaraq 21-dən 23-ə və 29-dan 32-ə qədər). Həmçinin (ABŞ dəniz piyadaları Korpusunun tələbi ilə) desant-amfibiya gəmilərinin sayını 34-dən 38-ədək artırmaq planlaşdırılır.

Lakin burada başqa bir məqam daha maraqlıdır. Sürətli nəqliyyat gəmilərinin sayı 10 vahid səviyyəsində saxlanacaq. Bunlar sürəti 33 dəniz milinə qədər inkişaf etdirən və bir reysdə, məsələn, yüz “Abrams” tankı,  ehtiyat hissələri, YSM, döyüş komplekti, köməkçi avadanlıq və başqa yükləri çatdıra bilən nəhəng nəqliyyat vasitəsidir (uzunluğu 300 m-ədək, yüklə bərabər su tutumu 60 min tonadək). Üstəlik, “çevik ekspedisiya bazaları”nın sayı iki dəfə (üçdən altıyadək) genişləndiriləcək.

Bu cür planlar Vaşinqtonun planetin uzaq guşələrində “qüvvə proyeksiyası” yaratmaq üzrə öz imkanlarını genişləndirməyə aşkarca əhvali-ruhiyyə sərgiləyir. Böyük sayda texnika və şəxsi heyətin çevik çatdırılması bacarığı, həmçinin dəniz ekspedisiya əməliyyatlarının muxtariyyətinin yüksəldilməsi onun ərazisindən uzaqda, məsələn, Cənubi Çin dənizində hərbi əməliyyatların aparılmasında xeyli üstünlük verir. Konstantin Sivkov qeyd edir: “Amerika geopolitikası güman edir ki, dünya resursları üzətrində həlledici təsiri təşkil etmədən, sadəcə, sağ qala bilməz. Hazırda resursların nəzarətə götürülməsi məsələsi çox çətindir”.

Tramp iddialı hədəflərinə yetişə biləcəkmi?

Andrey Frolov vurğulayır: “Bu, Amerikanın imkanları ilə tamamilə gerçəkdir, başqa məsələdir ki, onlar müdafiə büdcəsini önəmli dərəcədə artırmalı və vəsaitləri silahlı qüvvələrin müxtəlif növləri arasında yenidən bölməli olacaqlar. Hər şeyi etmək dərhal alınmayacaq”.

Bu cür irimiqyaslı inşaat labüd şəkildə ciddi problemlərlə üzləşəcək. Bunlardan birincisi maliyyədir. İlkin hesablamalara əsasən, Trampın təşəbbüsünün gerçəkləşməyinə, təxminən, 700 milyard dollar lazım gələcək. Bu, keçmiş administrasiyanın nəzərdə tutduğundan 400 milyard dollar çoxdur. Təkcə gəmilərin inşasına hər il 26,6 milyard dollar tələb olunur. 355 gəmilik donanmanın yaradılması, heyətlə təmini və istismarı məbləğcə isə ildə, təqribən, 102 milyard dollara oturacaq. Bu şəraitdə ABŞ prezidentinin təklif etdiyi bütün hərbi büdcənin cəmi 54 milyard dollar artırılması aşkarca yetərsizdir (özü də HDQ-ə bu məbləğin cəmi üçdə biri çatacaq).

Tramp hələ öz təşəbbüsünü hələ Konqresdən də keçirməlidir. Bunun xatirinə onun xarici dövlətlərə yardımı, ətraf mühitin müdafiəsi və QHT-lərin saxlanmasını qurban verməyi parlamentarilərdə xeyli narazılıq doğurur.

…Eyni zamanda anlamaq lazım gəlir ki, ABŞ prezidentinin əzəmətli planlarından imtina edəcəyi güman olunmur. Bu məsələdə ona respublikaçılar dayaq olacaqlar.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar