Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dələduzluq və oğurluq edən “redaktor“ saxlanıldı


Qazax rayonunda sakinlərin 6 min manat nağd pulunu və bir neçə baş xırda buynuzlu heyvanını ələ keçirən şəxs saxlanılıb


APA-nın verdiyi məlumata görə, rayonun Ürkməzli kənd sakinləri Pərvin Məmmədov və Nurlan Quliyev özünü televiziya kanalının redaktoru kimi təqdim edən 33 yaşlı Sumqayıt şəhər sakini İlqar Hacıbalayev tərəfindən aldadılıb. İlqar Hacıbalayev onların hər birindən işə düzəltmək adı ilə 3 min manat alaraq aradan çıxıb.

Ürkməzli kənd sakinləri işin düzəlmədiyini gördükdə Qazax Rayon Polis Şöbəsinə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş İlqar Hacıbalayev Bakının Xətai rayonu ərazisində tutulub.

Kənd sakinlərini aldatmaqla yanaşı, İ. Hacıbalayevin Qazax rayon sakini Tural Hüseynov və Ürkməzli kənd sakini Qulu Musayevlə birgə Ağköynək, Xanlıqlar və Ürkməzli kəndlərində xırdabuynuzlu heyvanları oğurladıqları da məlum olub. Onların Göyçay, Hacıqabul, Salyan rayonlarında bir sıra quldurluq hadisələri törətdiyi də bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar