Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçumuz Avropa çempionu oldu


Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu medal qazanıb


Bunlar 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərovla Rüstəm Orucovdur.

Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Heydərov ispaniyalı Xavyer Ramires, türkiyəli Həsən Vanlıoğlu, isveçli Tommi Masyak və Mikloş Unqvarini yendikdən sonra finala çıxıb. Həlledici görüşdə o, rusiyalı Musa Moquşkova qızıl xalla qalib gələrək, Avropa çempionu olub.

R.Orucov isə estoniyalı Andre Seppa və ermənistanlı Ferdinand Karapetyanı üstələsə də, 1/4 finalda rusiyalı Musa Moquşkova uduzub. Lakin o, təsəlliverici görüşdə daha bir rusiyalı Denis Yartsevə qalib gələrək, bürünc medal görüşünə çıxıb. Son qarşılaşmasında da macarıstanlı Mikloş Unqvarini məğlub edən idmançımız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

73 kq

Bürünc medal görüşü. Rüstəm Orucov - Mikloş Unqvari (Macarıstan)

Təsəlliverici görüş. Rüstəm Orucov - Denis Yartsev (Rusiya)

1/4 final. Rüstəm Orucov - Musa Moquşkov (Rusiya)

1/8 final. Rüstəm Orucov - Ferdinand Karapetyan (Ermənistan)

1/16 final. Rüstəm Orucov - Andre Seppa (Estoniya)

Final. Hidayət Heydərov - Musa Moquşkov (Rusiya)

1/2 final. Hidayət Heydərov - Mikloş Unqvari (Macarıstan)

1/4 final. Hidayət Heydərov - Tommi Masyak (İsveç)

1/8 final. Hidayıt Heydərov - Həsən Vanlıoğlu (Türkiyə)

1/16 final. Hidayət Heydərov - Xavyer Ramires (İspaniya)

81 kq

1/8 final. Rüfət İsmayılov - Nikon Zaborosçuk (Moldova)

1/16 final. Rüfət İsmayılov - Kristian Toniste (Estoniya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan ümumi medal sıralamasında 8-ci pillədədir.

Azərbaycan yığması 4 gün davam edəcək Avropa çempionatına 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Aprelin 22-də Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100) tatami üzərinə çıxacaq. Bundan başqa, Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparır. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar