Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin nəhəng neft korporasiyasının adı korrupsiya qalmaqalında


Çinin nəhəng neft korporasiyasının adı iri beynəlxalq korrupsiya qalmaqalında


Bəhs olunan şirkət Rusiyanın neft korporasiyası “Rosneft”in yaxın ortağıdır.

ABŞ hökuməti “Rusiyanın neft inhisarçısı “Rosneft”in yaxın ortağı “CEFC China Energy” (Çin) şirkətinin fəaliyyətini araşdırmağa başlayıb. “Kommersant “qəzetinin verdiyi məluamata görə, bu şirkət Rosneft”in 14,16%-ni almağı planlaşdırırmış.

ABŞ xüsusi xidmət orqanları Honkonqun keçmiş daxili işlər naziri He Çjipini (Patrik Ho) və Seneqalın keçmiş xarici işlər naziri şeyx Tidian Qadionu həbs etməyə müvəffəq olub.

Onların hər ikisi korrupsiya sxemi vasitəsilə sərfəli müqavilələr əldə etməkdə günahlandırılırlar.

ABŞ prokurorluğu adı çəkilən şəxslərin Çad və Uqandadakı partnyorlarına CEFC üçün külli miqdarda rüşvət verməkdə ittiham edir. Özü də bütün sövdələşmələr və rüşvət prosesi BMT-nin mərkəzi qərargahında həyata keçirilib.

Maraqlıdır ki, ittiham aktında şirkətin adı birbaşa çəkilmir.

Sənədlərdə “Şanxayda mənzil-qərargaha malik olan, enerji və maliyyə sahəsində fəaliyyət göstərən miltimilyarder konqolmerat”dan bəhs olunur. Lakin bu cür “qeyri-müəyyən” tərif və dəqiq ünvan sadəcə bir şirkətə işarə edir ki, bu da CEFC-dən başqası deyil.

Bütün korrupsiya sxemi ABŞ bankları vasitəsilə humanitar yardım kimi göstərilərək müxtəlif hesablara köçürülməsi üzərində qurulub.

Məsələn Çadda He Çjinpin Tidian Qadionun köməyi ilə yerli hökumətə 2 milyon dollar rüşvət verib. Qadionun özünə isə 400 min dollar pul çatıb. Uqandada isə He Çjinpin ölkənin xarici işlər naziri...və BMT Baş Assambleyasının sədri vəzifəsini icra etdiyi göstərilən dövlət adamının cibinə 500 min dollar pul qoyub. Sənədlərdə ad çəkilməsə də bunun 2014-cü ildə BMT Baş Assambleyasının sədri, Uqanda xarici işlər naziri Sem Kutesa olduğu aydınlaşıb.

CEFC-in ən böyük ortağı isə Rusiya sayılır. Şirkət “Rosneft”dən əlavə Putin hakimiyyətinə yaxın, “Rusal” və “Evrosibenerqo” şirkətlərinin də sahibi Oleq Deripaskanın En+ şirkətinin ortağıdır.

Bu ilin payızında CEFC-nin 4,57 miyard dollar pul ödəyərək “Rosneft”in 14,16%-lik səhm paketinə sahib olmaq niyyəti ortaya çıxıb. Buna görə Rusiya şirkəti 5 il ərzində CEFC-yə 60,8 milyon ton neft tədarük etməlidir. Bundan başqa CEFC-in digər partnyoru, Sinqapurun “AN AN” şirkəti En+ şirkətinin səhmlərini 500 milyon dollara alıb, həmin məbləği yenə də Rusiyanın VTB bankına kredit olaraq yerləşdirib.

CEFC özü neft dünyasında Çinin ən gizli və qaranlıq qurumlarından biri hesab olunur. Guya özıl şirkət sayılsa da, əslində dövlət müəssisəsi kimi fəaliyyət göstərir. Şirkətdə hətta Çin Kommunist Partiyasının xüsusi komitəsi, gənclər şöbəsi və paritya qərarlarının icra edilməsinə nəzarət edən xüsusi intizam idarəsi belə var. Son illərdə CEFC Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada neft-qaz yataqlarını aktiv surətdə alıb. Şirkət 2016-cı ildə 42 milyard dollarlıq (!) gəlirə sahib olub.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar