Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhədə güclü atışma (VİDEO)


Erməni silahlı birləşmələri Goranboyda dinc sakinləri atəşə tutub


Hərb  Erməni silahlı birləşmələri cəbhə xəttinə yaxın yerləşən kəndləri atəşə tutmağa davam edir. Bu dəfə silahlı atışmaya Goranboyun Tapqaraqoyunlu kəndi məruz qalıb.

ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, ötən axşamdan etibarən Goranboyun Tapqaraqoyunlu kəndi iriçaplı silahlardan atəşə tutulub. Atəş nəticəsində kənddəki 10-a yaxın evə güllə dəyib. Kənd sakinlərinin sözlərinə görə, əsasən qarşı tərəf bu gün səhər saatlarından yenidən aktivləşib.

Erməni silahlı birləşmələrinin mövqelərindən təqribən 500 metr məsafədə yerləşən kənd səhər saatlarından etibarən qarşı tərəfin intensiv atəşinə məruz qalıb. Atışma təqribən 40 dəqiqə davam edib. Hazırda kənddə nisbi sakitlikdir, atəş səsləri eşidilmir.

Kənd sakini Kamil Allahverdiyevin sözlərinə görə, səhər tezdən yataq otağının divarına dəyən güllənin səsinə oyanıb

Kəndəki evlərdə təmir işləri aparan ustaların sözlərinə görə, atılan güllələr onların bir neçə metrliyindən keçib.

“Saat 10 olardı, işləyirdik. Biz tərəfə iki güllə atdılar. Güllələrdən biri şiferə, digəri isə məhəlləyə düşdü. Qaçıb tez gizləndik”, – deyə kənd sakini Alay Aslanov dedi.

Kənd yolunun qarşı tərəfdən görünən hissəsinə və evlərin qarşısına istinad divarları çəkilsə də, bu kəndi güllələrdən nisbətən qoruyur. Ümumiyyətlə Tapqaraqoyunluda hər üç evdən birində güllə izləri müşahidə etmək mümkündür.

Erməni silahlı birləşmələri əsasən hava qaralandan sonra yaxud da səhərə yaxın kəndi gülləbarana tutur. Son bir həftə ərzində baş verən atışmalar zamanı isə Tapqaraqoyunlu sakinləri arasında ölən və yaralanan olmayıb.





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ən çox oxunanalar