Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün sərvətini yoxsullara paylayan milyarder öldü



“Bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”


“Müsəlman milyarder” adı ilə məşhur olan Avstraliyanın ən zəngin insanlarından biri Əli Banat vəfat edib.Axar.az xəbər verir ki, mayın 29-da dünyasını dəyişən Banat həyatının son iki ilində etdikləri ilə hamının rəğbətini qazanıb.

Sidneydə dünyaya gələn Banat dəbdəbəli həyata, “Ferrari”lərə, villalara və yaxtalara sahib olub. 2015-ci ildə həkimlər ona xərçəng xəstəliyinə yaxalandığını deyiblər. Milyarder bütün bədəninə yayılan xəstəliyi “Allahdan gələn bir hədiyyə” olaraq qiymətləndirib və bütün həyatını dəyişib. Həkimlər ona 7 ay ömrü qaldığını desələr də, Banat 2 il ölümlə mübarizə aparmağı bacardı. Bu müddət ərzində isə sərvətini xeyriyyə işlərinə sərf edib.

Milyarder bütün sərvətini sataraq qərbi Afrikada yerləşən Toqoya gedir. Bu ölkədə əhalinin 55 faizdən çoxu yoxsulluq həddindən də aşağı həyat şəraitində yaşamağa çalışır. Əli Banat burada müsəlmanlar üçün bir məktəb binası və məscid inşa etdirir. Bundan sonra isə xeyriyyə işlərini koordinasiya etmək üçün “Dünyanın hər yerindəki müsəlmanlar” adlı fond təsis edir.

“Bu xəstəlik mənə Allah tərəfindən bəxş edilmiş bir ərmağandır. Şükürlər olsun ki, Allah mənə dəyişə bilməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmət yoluna həsr etməyə qərar verdim. Çünki bu qədər mal deyil, ancaq əməllərim məni xilas edə bilər”, – milyarder bildirib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Ən çox oxunanalar