Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç -  şəxsi münasibətlərdə irəliləyiş olacaq. Ciddi çətinliklər və problemlər olmayacaq. Yaxınlarınız yaxşı məsləhətlər verəcəklər. Axşam saatlarını dəyər verdiyiniz adamlarla keçirin. Onlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Buğa - gərgin, ağır, qarışıq gündür. İzafi diqqət və ciddi yanaşma tələb edən işlərdə səhlənkarlıq etməyin. Başdansovdu fəaliyyətin fəsadları çox ağır ola bilər. Fiziki işdən qaçmayın. 
Əkizlər - sizi anlayan insanla görüşməyə vaxt tapın. Onların dəstəyinə ehtiyacınız var. Bacarıq və istedadınıza şübhə edən şəxslərlə, ümumiyyətlə, ünsiyyətdə olmayın. Belə adamlara görə özünüzə əminliyiniz azala bilər.

Xərçəng - yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.

Şir - çətin situasiyada lider olun. Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil. Axşam saatlarına yaxın əhvalınızda pisləşmə ola bilər. Meditasiya və ya yoqa ilə məşğul olmaq mümkündür.

Qız - ambisiyalarınıza nəzarət edin. Rəqiblərlə sərt mübarizəyə başlamayın. Qüvvə və enerjinizə qənaət edin. Müvəqqəti olaraq kölgəyə çəkilin.

Tərəzi - düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər. Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz.

Əqrəb - tələskən olmayın. Düşünüb-daşınmadan qərar verməyin. Situasiyanı anlamağa çalışın. Bütün şərtləri dəqiq, səbrlə dəyərləndirin. Bundan sonrakı günlərdə riayət edəcəyiniz strategiyanı seçin.

Oxatan - sizdə kəskin antipatiya hissləri yaradan insanlardan uzaq durmağa çalışın. Onların mənfi təsirindən qorunmaq asan olmaya bilər. Aramla çalışın, orqanizmi sınağa çəkməyin. Arzular, illüziyalar və yaxın gələcəklə bağlı planlar arasında sərhədi dəqiq bilin. Əks təqdirdə yaxınlarınız sizi anlamayacaqlar.

Oğlaq -  gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.

Dolça - gəlirlər istisna deyil. Alış-verişə tələsməyin. Dürüst seçim etmək asan deyil. Müqavilələr, anlaşmalar və sövdələşmələrdə diqqətli olun. Kiçik detallara fikir verin. Qanuna tam riayət edin. Axşam saatlarında yaxınlarınıza yardım etmək üçün bəzi işlərdən imtina etmək zərurəti yaranacaq.

Balıqlar - ruhdan düşməyin, bədbinliyə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız. Dəstək vəd etmiş insanlara bel bağlamayın. Problemləri özünüz həll edin. Müstəqil çalışın. İradəli və qətiyyətli olsanız, niyyətinizi gerçəkləşdirə bilərsiniz.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar