Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədi İcra Hakimiyyətində şübhəli iclas


İcra başçısının müavini YAP-dakı vəzifəsini itirdi


Binəqədi rayon icra başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini və İdarə Heyətinin üzvlüyündən çıxarılıb

PİA.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 16-da Gənclər Birliyinini 4-cü hesabat konfransında A.Əliyevaya xəbərdarlıq edilərək sədr müavini vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə deyib ki, A.Əliyeva hazırda Gənclər Birliyinin Şura üzvüdür: “O, bizim ən yaxın komandamızın iştirakçısıdır. Sadəcə olaraq hesabat konfransı keçirilib və yeni tərkib formalaşdırılıb. A. Əliyevanın işinin çoxluğunu nəzərə alaraq, Nümayəndə Heyəti qərar verib ki, o, GB-nin sədr müavini və İdarə Heyətindən çıxarılsın. Ona fəaliyyəti ilə bağlı xəbərdarlıq edilməyib. Bunu deyənlər şər atmasınlar. Məlumatı yayanlar yəqin ki, onun fəaliyyətini istəməyənlərdir”.

S. Orucov yeni tərkibdə formalaşanların adlarını da açıqlayıb. Qeyd edib ki, əvvəllər sədr müavini postunda beş nəfər təmsil olunurdu: “İndi isə dörd nəfərdir. Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva köhnə tərkibdə olan sədr müavinləridir. Yeni daxil olan sədr müavini isə Əli Pənahovdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar