Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bədənləri çürüməyən 4 min illik sirli bataqlıq mumyaları... - Fotolar


Dünyada bir çox ölkələrdə ölülərin bütov qalması üçün fərqli üsullara əl atılıb. Bir çox mumyalama növü haqqında məlumatınız ola bilər. Lakin sizə haqqında bəhs edəcəyimiz mumyalama növü barədə indiyə qədər bir çox insan eşitməyib. Yüzillərdir ki, olduğu kimi qorunub saxlanan, günümüzdə də sirri açılmayan “bataqlıq mumyaları” haqqında sizə maraqlı məlumatları təqdim edirik


Britaniya, İrlandiya, Hollandiya, Almaniya və Danimarkada son 300 ildə, yüzilliklər boyu bataqlıqda qalmış, inanılmaz dərəcədə yaxşı qorunmuş insan qalıqları aşkar edilib. Bu bataqlıq mumyalarının ən qədimi 4 min yaşındadır. Misir fironu Tutanhamondan 500 yaş böyükdür. Bu cəsədlər inanılmaz bir şəkildə daxili orqanlardan dəriyə qədər mükəmməl şəkildə qorunub. Hətta bəzi mumyalarda ölmədən öncə ən son yediyi yeməyin qalıqları belə, aşkarlanıb.

Картинки по запросу Yüzlerce Yıldır Bedenleri Olduğu Gibi Korunmayı Başarmış, Günümüzde Bile Hâlâ Gizemi Çözülememiş Bir Sır: Bataklık Mumyaları

Bataqlıqda çox az oksigenin olması, cəsədləri yeyən bakteriyaları onlara yaxınlaşmağa qoymayıb və beləcə yüzilliklər boyu bu cəsədlər olduğu kimi qalmağı bacarıb. Bundan əlavə, bu bataqlıq suyunda olan bəzi turşular da cəsədlərin dərisini qoruyub.

Maraqlı məqamlardan biri də bu insanların bu bataqlıqda ölməsi, yoxsa öldükdən sonra buraya basdırılması ilə bağlıdır. Bu məsələ ilə bağlı bilinənlər cəsədlərin həddindən artıq işgəncə görərək, bu bataqlıqda öldürülməsidir. Mütəxəssislər bu bataqlıqdakı bir çox cəsədin üzərində işgəncə izləri aşkarlayıb.

Картинки по запросу Yüzlerce Yıldır Bedenleri Olduğu Gibi Korunmayı Başarmış, Günümüzde Bile Hâlâ Gizemi Çözülememiş Bir Sır: Bataklık Mumyaları

1835-ci ildə çıxarılan bir qadın cəsədinin 2200 il əvvələ aid olduğu aşkar edilmişdi. Qadının boynundakı izlərdən onun boğularaq öldürüldüyü məlum olmuşdu.

Картинки по запросу Bataklık Mumyaları

Danimarkanın Moesgaarda muzeyində sərgilənən cəsədlərdən bir neçəsi buraya gələn insanları çox təəccübləndirir. Muzeydə sərgilənən cəsədlərdən ən çox diqqəti çəkən “Grauballe adamı” adı verdikləri cəsəddir. Bataqlıqdakı kimyəvi maddələrin təsirindən saçları qızarmış cəsədin digər hissələri isə bürünc metal kimi görünür. Bu adamın isə dizləri üstə çökmüş vəziyyətdə boğazını kəsiblər.

Картинки по запросу Bataklık Mumyaları

“Tollunda adamı” adı verilən mumya isə asılaraq öldürülüb. Asıldığı ip də daxil olmaqla, onun qaşları, burnu və üzü heç zədələnməyib. Və olduğu kimi muzeydə sərgilənir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar