Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı


Bakıda fəaliyyət göstərən marşrut xətti sahibləri sürücü işə götürə bilməyəcək


Bu barədə  Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mais Ağayev  APA TV-yə bildirib. 

Qurum rəsmisi  bu səlahiyyətin sahibkarlardan götürüldüyünü deyib və bunu  marşrut xətti  rəhbərlərinin  tanışlıq və qohumluq əlaqələri hesabına xeyli səriştəsiz insanları işə götürmələri ilə izah edib. 

"Sürücülərin təlim keçməsi üçün Bakı Nəqliyyat Agentliyinin nəzdində sürücü təlim mərkəzi yaradılıb. Burada sürücülərə etik davranış, avtomobil idarəetmə, yol hərəkət qaydaları və gözlənilməz vəziyyətlərlə bağlı təlimlər keçiriləcək. Yalnız bundan sonra daşıyıcılar quruma sürücü üçün müraciət edəcək və onların marşrut xəttinə istənilən sayda peşəkar sürücü yönəldiləcək".

Mais Ağayev həm də qurumun qeydiyyatından keçən bütün sürücülərin fəaliyyəti ilə bağlı  vahid sürücü bazasını yaradıldığını və bu sistemin ilin sonunadək hazır olacağını deyib. Bu da hər hansı qəza törədən, intizamsız hərəkət edən, nöqsanları qeydə alınan sürücülərin başqa marşrut xəttində rahatlıqla işə düzəlmələrinin qarşısını alacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar