Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 17 mərtəbəli bina yandı - Video


Gecə saatlarında Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib


APA-nın məlumatına görə, hadisə Kərim Kərimzadə küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Sakinlərin sözlərinə görə yanğından əvvəl partlayış səsi də eşidilib. Binada yaşayan sakinlər təcili təxliyə olunub. Yanğın zamanı binaya elektirik enerjisinin verlişi də dayandırılıb.

17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən elektirik şitində başlayan yanğın qısa zaman ərzində şiddətlənərək şaxtadan keçən bütün elektrik naqillərini və elektrik sayğaclarını əhatə edib. Sakinlərin sözlərinə görə baş verən partlayışdan sonra binanın bütün bloklarını tüstü bürüyüb. Buna görə də sakinlər binanı tərk etməkdə çətinlik çəkiblər. Yanğın zamanı xəsarət alan olmasa da, mənzillərdə köməksiz qalan 10 nəfər xilas edilib. Bundan başqa, xilasedicilər 5-ci mərtəbədəki mənzillərdən birində boğulma təhlükəsi ilə üzləşən balaca Yusifi də xilas edərək valdeyinlərinə təhvil veriblər.

Yanğınsöndürənlər alovun mənzillərə keçməsinin qarşısını alıblar. Hadisə yerinə Dövlət Yanğın Nəzarət Xidmətinin tətqiqat qrupu cəlb olunub və araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar