Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Biznes və Kooperasiya kollecində analoqu olmayan “mükəmməl” imtahanlar


Bakı Biznes və Kooperasiya Kollecində imtahanların blankları əvvəlcədən tələbələrə paylanır və doldurulur


Buna görə tələbələr kollecin rəhbərliyinə 350 manat ödəyirlər

Bu barədə PİA.AZ-a Bakı Biznes və Kooperasiya Kollecindən daxil olan məlumatda bildirilir ki, hazırda kollecdə başa çatmaqda olan imtahanlar zamanı ölkə təhsilində analoqu olmayan proseslər gedir. Belə ki, kollec direktorunun 1-ci müvini Vaqif Məmmədovla Tədris işlər üzrə müavin Tarıyel Əliyev yeni imtahan metodu tapıblar. 

Məlumata əsasən kollecdə keçirilən imtahanların blankaları ilk öncədən tələbələrə paylanılaraq doğru cavablar yazılır. Sonra isə tələbələr çox asanlıqla imtahanlardan keçirlər. Hazır blank alaraq imtahanı keçən tələbələr rəhbərliyə çox asan “metoda” görə 350 manat verirlər.

Bildirilir ki, tədris işlər üzrə müavin Tarıyel Əliyev və kollecin direktoru Fatma Quliyeva həyata keçirilən yeni “metodu” elə bir ustalıqla hazırlayıblar ki, ortada hər hansı bir yanlışlıq, ya da problem olmur. 

Məlumatda qeyd olunur ki, kollec rəhərliyinin tələbələrdən imtahanlarda yığdığı rüşvəti şöbə müdirləri ilə və fənn birləşmə rəhbərləri həyata keçirir. Şöbə müdirləri ilə fənn birləşmə rəhbərləri isə öz növbələrində rüşvəti qrup nümayəndəsinin əli ilə alırlar. Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar. Hər bir imtahan blankı müəllimin ya da, qrup nümayəndəsinin iştirakı və rəhbərliyi ilə doldurulur və elə ordaca geri qaytarılır.

Bundan başqa daxil olan məlumatda qeyd olunur ki, kollec direktorunun 1-ci müavini Vaqif Məmmədovla, tədris işləri üzrə müavin Tarıyel Əliyev “ciddi” fakultələrə öz yaxın adamlarını təyin edirlər. Çünki həmin müəllimlər kollec rəhbərliyinə arxalanaraq rüşvət yığımını daha “mükəmməl” həyata keçirirlər.

Xatırladaq ki, «Azərittifaq»ın tərkibində fəaliyyət göstərən Bakı Biznes və Kooperasiya Kollecində 1500 yaxın tələbə İnformastika müəllimliyi, Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Gömrük işi, Marketinq, Bələdiyyə Təsərürfatının təşkili, Kommersiya, Komputer şəbəkələrinin hesablama texnikasının təmiri və servis xidməti, Əmtəəşünaslıq və istehsak Mallarının ekspertizası, Mehmanxana-Turist və Sanatoriya- Kurort Komplekslərində iaşə və servis xidmətləri ixtisasları yzrə təhsil alır. Kollecdə Mühasibat Uçotu və maliyyə işi, Biznes və idarəetmə, İnformatika şöbələri var və 120 dən çox müəllim işləyir. Həmçinin qiyabi şöbədədə 12 ixtisas hazırlanır və 400-dən çox tələbə burda təhsil alır.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Ən çox oxunanalar