Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-lə Avropada tək qiymət


Azercell Telekom rominqdə olan abunəçiləri üçün indi daha sərfəli danışıq təklif edir


24 Oktyabr 2016-cı il tarixindən etibarən həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt abunəçiləri daha 12 ölkədə vahid rominq tariflərindən yaralana bilərlər. İndi Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya Respublikası, Sloveniya kimi ölkələrdə “Azercell”lilər daxil olan zəngin 1 dəqiqəsinə 0,32 AZN, bütün istiqamətlərə edilən zəngin 1 dəqiqəsinə görə isə 1,5 AZN ödəyəcəklər. Göndərilən 1 sms-in qiyməti isə 0,2 AZN dəyərində müəyyən olunub. Tətbiq olunan vahid rominq qiyməti abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən şəbəkənin seçilməsi ehtimalı aradan qaldırmış olur.  Nəzərinizə çatdıraq ki, Azercell-in təqdim etdiyi vahid  rominq tariflərindən 30 ölkədə yararlanmaq olur.
 
Mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür. 
 
Əlavə olaraq bildirək ki, rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell həmçinin, fakturalı xətt abunəçilərinə rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bilirlər. SimSim abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar