Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda orqan alqı-satqısına qoyulan məhdudiyyətlər götürülür - Bu hal nələrə yol aça bilər?


Professor: “Orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətlərin götürülməsi bu sahənin kriminal yolları ilə məşğul olanların sayının artırılması deməkdir”


“Nəyə görə Azərbaycan xaricdə sınaqdan keçirilmiş modelləri tətbiq etmir? Biz özümüzdən Amerika kəşf edirik”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda qanunla orqan alqı-satqısına qoyulan məhsudiyyətlərin qaldırılma məsələsini PİA.AZ-a şərh edərkən qeyd edib. 

Qeyd edək ki, dünən Milli Məclisin Səhiyyə komitəsinin  “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib ki, Orqan transplantasiyası sahəsində məsələlərin araşdırılması və təkliflərin hazırlanması üçün İşçi Qrupunun yaradılması vacibdir. Həmçinin Elxan Əzizov deyib ki, donorların qohumluq məsələsi müzakirə olunmalıdır: “Qanunda qohum olmayan insanların donor olmasına qadağa yoxdur. Sadəcə, Səhiyyə Nazirliyinin belə bir tövsiyəsi var. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir. Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamağını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.

Bəs Azərbaycanda orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətlərin götürülməsi bu sahənin kriminal yolları ilə məşğul olanların sayını artırmayacaq? Ümumiyyətlə bu sahədəki kriminal yolların qarşısını almaq üçün hansı addımların atılması zəruridir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərin öyrənib. 



Adil Qeybulla: “Azərbaycanda qanunla orqanların alqı-satqısına icazə verilsə, bu bir  çox  hallarda  orqan mafiyasının çiçəklənməsinə yol açacaq”.


Dünyanın heç bir yerində orqanların alqı-satqısının olmadığın vurğulayan professor Adil Qeybulla PİA.AZ-a açıqlamasında qeyd edib ki, Azərbaycanda da bu olmamalıdır və “donor bank” yaradılmalıdır:

“Orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətlərin götürülməsi bu sahənin kriminal yollarıla məşğul olanların sayının artırılması deməkdir. Ümumiyyətlə, orqanların alqı-satqısı qadağan olunmalıdır. Orqanların alqı-satqısı dünyanın heç bir yerində yoxdur və ola da bilməz. Azərbaycanda da bu olmamalıdır. Sadəcə olaraq donorun mənbələri var. Bu mənbələr yaxın qohumlar, avtomobil qəzası keçirmiş, həmçinin müəyyən situasiyalarda beyin ölmü keçirmiş praktiki sağlam adamlardır. 

Dünyanın hər bir yerində bu cür insanlardan, xüsusi ilə də gənc insanlardan orqan götürülür. Azərbaycanda da həmin insanların orqanların götürmək üçün “donor bank” yaradılmalıdır. Yoxsa, Azərbaycanda qanunla orqanların alqı-satqısına icazə verilsə, bu bir  çox  hallarda  orqan mafiyasının çiçəklənməsinə yol açacaq.

Orqanların alqı-satqısı ilə bağlı kriminal yolların qarşısın almaq üçün qanun qəbul edilməlidir. Həmin qanun da göstərməlidir ki, donorun mənbəyi nə ola bilər. Həmçinin bu sahədə icbari tibbi sığorta olmalıdır.

Türkiyədə, qonşu dövlətlərdə, Avropada necədir Azərbaycanda da elə olmalıdır. Çünki bu sahədə başqa variant ola bilməz. Bu tipli açıqlamalar da xüsusi situasiyadır. Nəyə görə Azərbaycan xaricdə sınaqdan keçirilmiş modelləri tətbiq etmir? Biz özümüzdən Amerika kəşf edirik”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar