Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Dövlət Neft Fondu VTB Bankın səhmlərini satmalıdır?...

Neft sahəsi üzrə ekspert: “Dövlət Neft Fondu VTB Bankın səhmlərini alıb və VTB Bankın da sanksiyalarla üzləşməsi bu səhmlər üçün risk yaradır”


“Dövlət Neft Fondu VTB Bankın bazardakı rolunu qiymətləndirib qərar verməlidir ki, oradakı səhmlərini satsın ya yox”.

Bu sözləri neft sahəsi üzrə ekspert İlham Şaban Rusiyanın VTB Bankının səhmlərinin ucuzlaşması nəticəsində ARDNF-in səhmlərin dəyərində bir gün ərzində 50 milyon ABŞ dolları həcmində itki olmasını PİA.AZ –a şərh edərkən qeyd edib.

ABŞ-ın Rusiyaya qarşı son sanksiya qərarından cəmi bir neçə gün keçsə də, artıq “qara siyahıya” düşənlər böyük pullar itirməyə başlayıblar. Məlum olub ki, qərarın elan edildiyi vaxtdan – aprelin 6-dan bu yana adı sanksiya siyahısında olan biznesmenlər, şirkətlər və onlara bağlı olan (sanksiya siyahısına düşməsələr də) şəxslər – ümumilikdə 54 rusiyalı biznesmen 17 milyard dollar itirib. Bu sanksiyalardan sonra dünya fond birjalarında Rusiyanın istər dövlət, istərsə də özəl şirkətlərinin aktivləri ciddi itki üzləşməyə başlayıblar. ABŞ-ın rusiyalı dövlət rəsmilərinə, siyasətçilərə və dövlət başçısına yaxın olan bir çox oliqarxa tətbiq etdiyi sanksiyaların təsiri Rusiya iqtisadiyyatında 2017-ci ilin əvvəlindən müşahidə olunan stabil durumu daha da kəskinləşdirib, nəticədə faktiki olaraq 15-20 faiz itkilərə məruz qalan Rusiya fond birjası çöküb. Eyni zamanda rus rublu dollar və avro qarşısında ucuzlaşıb. Analitiklər bu ucuzlaşmanı daha çpx geosiyasi faktorlarla əlaqələndirirlər. Söhbət hər şeydən əvvəl Suriyda kimyəvi salah tətbiqi iddiasından sonra yaranmış gərgin və mürəkkəb beynəlxalq siyasi vəziyyətdən gedir. 

ABŞ-ın Rusiyaya tətbiq etdiyi son sanksiyalar Azərbaycandan da yan ötməyib. Beləki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarları arasında olduğu Rusiyanın ən böyük banklarından biri olan VTB Bankın prezidenti Andrey Kostinin ABŞ-ın sanksiya siyahısına düşməsindən sonra bankın səhmləri “Mosbirja” da 10%-ə qədər ucuzlaşıb. VTB Bankın səhmlərinin ucuzlaşması nəticəsində ARDNF-in səhmlərin dəyərində bir gün ərzində 50 milyon ABŞ dolları həcmində itki olub.

Xatırladaq ki, ARDNF 2013-cü ildə Bank VTB-nin (Rusiya) səhmlərinin 2.95 faizini əldə edib. Səhmlərin dəyəri 500 milyon ABŞ dolları təşkil edib. ARDNF-in son bir neçə ildə VTB Bankdan əldə etdiyi dividendin həcmi 1,2 mld rubl (təqribən 25,3 milyon ABŞ dollar) təşkil edib. Yəni faktiki olaraq ARDNF son beş ildə VTB Bankdan əldə etdiyi dividendin iki qat həcmi qədər itkiylə üzləşib.

Dövlət Neft Fondunun vəsaitlərinin Rusiyada səhmlərə sahib olmasını və hazırkı dönəmdə sanksiyalar ucbatından ciddi itkilərə məruz qalmasını necə dəyərləndirmək olar və gələcəkdə bu itkilər nə qədər arta bilər və vəziyyətdən çıxış yolun nə ola bilər? Ümumiyyətlə Dövlət Neft Fondu VTB Bankın səhmlərini satmalıdır, yoxsa yox?

Mövzu ilə bağlı PİA.AZ-ın əmkdaşı neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabana müraciət edib.



İlham Şaban: “Dövlət Neft Fondu VTB Bankdakı səhmlərə uzunmüddətli aktiv kimi baxır”.


Həmin aktivlərdən Dövlət Neft Fondunun divident də götürdüyünü vurğulayan neft sahəsi üzrə ekspert  İlham Şaban mövzu ilə əlaqədar PİA.AZ-a açıqlamasında bildirib ki, hansısa hadisələrdən səhmlərin qiyməti düşə də bilər, qalxa da bilər. Bunu ciddi kritik hadisə kimi dəyərləndirmək doğru olmaz:

“VTB Bankın səhmlərinin 10%-ə qədər ucuzlaşması hansısa mərhələdə baş verib. Dövlət Neft Fondu isə VTB Banka uzun müddətli dövr üçün yatırım edib. Yəni indi VTB Bankın səhmləri 10% ə qədər ucuzlaşıb, amma 6 aydan sonra və yaxud da 2 ildən sonra 20 % qalxa bilər. Bütün şirkətlərdə - hansılardakı səhmləri investisiya edilir- həmin şirkətlərdə səhmlər alınanda neçədən alınması və neçədən satılması maraqlıdır. Ortada ümumi hansısa hadisələrdən səhmlərin qiyməti düşə də bilər, qalxa da bilər. Bunu ciddi kritik hadisə kimi dəyərləndirmək doğru olmaz

Dövlət Neft Fondu VTB Bankın İdarə Heyətində üzv kimi təmsil olunub. Hətta 2013-cü ildə açıqlanmışdı ki, Azərbaycan 20-25 il, yəni uzun müddətli dövr üçün bu aktivlərin investisiya edib. Həmin dövrə qədər Dövlət Neft Fondu aktivlərinin nə qədər artacağını, nə qədər azalacağını indi söyləmək çətindir. demək Həmçinin qeyd edilməlidir ki, həmin aktivlərdən Dövlət Neft Fondu divident də götürür. 

İlham Şaban: “İndi VTB Bankın səhmləri 10% ə qədər ucuzlaşıb, amma 6 aydan sonra və yaxud da 2 ildən sonra 20 % qalxa bilər”.


2014-cü ildə dünyada neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq neft şirkətləri enerji sektoruna qoyduqları aktivlərin fonunda Norveç Təqaüd Fondu, (hansı ki, biz ona Neft Fondu deyirik), onlar 89 milyard dollar ziyana düşmüşdülər. Amma sonrakı illərdə onlar öz aktivlərini 150 milyard artıra bildilər. Yəni bazar sabitləşir və bunun nəticəsində səhmlər yuxarı, yəni qırmızı zolaqdan yaşıl zonaya keçir və gəlirlərini artırırlar. Norveç Fonunun da təqribən 70 %-dən yuxarı aktivləri şirkətlərin səhmlərindədir. Buna görə də onlar belə çox divident əldə edə bilirlər.

Amma buna baxmayaraq o da qeyd edilməlidir ki, Dövlət Neft Fondu VTB Bankın səhmlərini alıb və VTB Bankın da sanksiyalarla üzləşməsi bu səhmlər üçün risk yaradır. Çünki heç kəs 6 il bundan öncə proqnoz verə bilməzdi ki, hansısa bir hadisə baş verəcək və VTB Bank ABŞ maliyyə dairələrinin sanksiyaları ilə üzləşəcək. Nəticə etibari ilə də onun səhmləri aşağı enəcək. Həmçinin bu sanksiyalara görə iki gün bundan öncə Rusiya birjasında da çökmə oldu və bir gün ərazində Rusiya bazarı ümumilikdə 16 milyard pul itirdi. Amma bu o demək deyil ki, Rusiya şirkətləri hər gün belə itkiyə məruz qalacaqlar. Stabilləşmə dövrü də olacaq, səhmlər aşağı düşüb sonra yenə yuxarı qalxacaq.

İlham Şaban: “Rusiya bundan sonra öz bacarığı ilə kapitallarını qoruya biləcək”.


Bir daha qeyd edim ki, Dövlət Neft Fondu VTB Bankdakı səhmlərə uzunmüddətli aktiv kimi baxır. Dövlət Neft Fondu VTB Bankın bazardakı rolunu qiymətləndirib qərar verməlidir ki, oradakı səhmlərini satsın ya yox. Yəni aydınlaşmalıdır ki, VTB Bank öz maliyyə ilini necə başa vurur. Məsələ ondan ibarətdir ki, tutaq ki, sanksiya qoyulub ki, onun maliyyəsindən Qərb şirkətləri yararlana bilməz. Ancaq başqaları yararlana bilər. Biz də həmçinin yararlana bilərik. 

Bir yandan da bildiyimiz kimi Rusiyanın özü böyükdür və ona dost olan ölkələr də var. Buna görə sanksiya tətbiq edilən şirkətlər bu istiqamətdə aktivləşə və özünün maliyyə ilini daha yaxşı nəticələrlə başa vura bilər. Hətta VTB Bank digər banklardan kredit resursları da götürüb. Qərbin də əsas məqsədi odur ki, Rusiyanın Kremlə yaxın şirkətlərinin Qərb kapitalının çıxışını məhdudlaşdırsın. Qərbdən Rusiyaya kapital daha əl çatan idi. İndi isə Rusiya bundan sonra öz bacarığı ilə kapitallarını qoruya biləcək”. 

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov dünən bildirib ki, bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2 mlrd. ABŞ dolları artıb. “Bildiyiniz kimi, dünya bazarında neftin qiyməti bizim proqnozlardan yüksəkdir. Təbii ki, bu da Neft Fondunun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Bu artımının hansı məbləğdə olacağı isə neftin qiymətindən asılıdır”, - deyə Ş. Mövsümov bildirib.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar