Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Az olmayıb...

Hacı Arif Buzovnalı - " Xəzərim " "Az olmayıb səndən ötrü darıxdığım"


PİA.AZ şairin sevilən şeirlərindən bir neşəsini oxuvularına təqdim edir:











AZ OLMAYIB SƏNDƏN ÖTRÜ DARIXDIĞIM...

Az olmayıb səndən ötrü
darıxdığım...
Son təsəllim bu olub ki,
sağsan,varsan.
Mənim kimi durmamısan illərin yol
ayrıcında
Ayrılığı dadmamısan...
Hicran zülmü qarşısında qəzəbini
udmamısan...
Dərd – qəm səndən uzaq olub
Hamı mənə qonaq olub...
Az olmayıb səndən ötrü
darıxdıqım...
Mən hər gecə...
Zülmətlərin sükut dolu nəgməsini
dinlədikcə
Sənə bir vaxt demədiyim kəlmələri,
xəyalına söyləmişəm
Cavabını gözləmişəm..
Dilsiz xəyal...
cansız xəyal...
Bütün gecə lal olub lal...
Az olmayıb səndən ötrü
darıxdığım...
Sən mənə bəxş eyləmisən təkliyimi
Bəlkə qanın qaralardı...
Bəlkə bir az xoşbəxtliyin azalardı
Bilsəydin ki, bu illərdə sənsiz nələr
çəkdiyimi...
Nə yaxşı ki, bilməmisən
Qismətinə Allah yazan səadəti
Bir miskinin xətri üçün
bölməmisən...
Fələk tale bölgüsünü aparmayıb
ədalətlə
Ayrı düşüb mizrabından könül
simi
10 il qabaq salamıma cavab olan
təbəssümü
Bu günəcən işlədirəm qənaətlə...
Bu şerimi sən oxuma...
Burda niskil, burda hicran, qəm-
kədər var
Oxuduqca məhəbbətdən dağ-dağ
olmuş sevən qəlbi
“Ah” dumanı zəbt eləyər aram-
aram...
Mənə vaxt ver...qoy bir az da
fikirləşim
Mən səninçün səadətdən,
xoşbəxtlikdən yazacağam...










XƏZƏRİM

Ruhumun sözlərə biganə həzin bəstəsisən,
göy Xəzərim,
Mərdliyin himnisən, azadəliyin nəğməsisən,
göy Xəzərim.
Səni duyduqca,
Eşitdikcə məhəbbət dolu qəlbindəki çırpıntıları
daşlaşıram,
Taleyin hökmünə təslim adalar bənzəri yalqızlaşıram.
Bir nağıldır zərif hüsnündəki mənalı təbəssüm,
İxtiyarsız qapanır möcüzələr həbsinə hissim,
Sezirəm həsrəti sahildəki boz qumların incik baxışında,
Bu baxışla danışırlar.
Dənəciklər əbədi eşqini təsvir eləyib hər naxışında
Sənə yetmək yarışında yarışırlar,
Bir birilə küsüşürlər barışırlar.
Dəniz adlanmağa həsrət nə qədər damla
buludlardan asılmış,
Asimanın qəfəsində
sənə yetmək həvəsində
Hərə bir küncə qısılmış.
Taleyin hökmünə bir bax ki,
olub göy yerə möhtac,
Zərrədir, küllə qovuşmaq ümidilə
Eləyir adi yağış damlası göydən yerə merac.
Bu məhəbbətdəki aliliyi bivec küləyin şiddəti bilməz.
Cahildi o,vəhdətdəki mahiyyəti bilməz,
Qəti bilməz.
Bu həmin vəhşi küləkdir ki,
salır ayrı səni zərrələrindən
Eləyir zülmə sitayiş.
Nə bilir ki nə olan şeydi nəvaziş,
Ona sevda dediyin sadəcə addı,
Ona sevda adı yaddı.
Cəmi sevdalıların qəlbinə ustad sən özünsən, Xəzərim.
Çünki sevda sözünə ad sən özünsən Xəzərim.
Daş bədənlərdəki boş başlara aqil əyilərmiş,
Əyriyə düz deyilərmiş,
Əyri yollar düzə düz göstərilərmiş,
Bəndədən bəndəyə taət və sücud istənilərmiş,
Həqq nahəq qabağında yenilərmiş
Bu yazıqlar qəvi tufanlara güc gəlməyi səndən
niyə öyrənmədilər bəs ,Xəzərim?
Ağ köpüklərdə batır, onların axır nəfəsin kəs,
Boyumuz birgə kiçildi,
Canımız birgə üzüldü,
Sinəmiz üstünə min kuzə düzüldü.
Qanını səndə yuyanlar,
əlini məndə qurutdu Səni sıxdı,
məni tutdu,Nədir insanlıq unutdu.
Səndən aldıqları bir sönməz oda döndü ,Xəzər
Mənim isə yarısönmüş ocağım vardı
o da söndü Xəzər.
Arifəm ,sadəcə şair ,silahım söz
Bu silahla deyiləm bir şeyə qadir
ki basım yarənə bir köz
Yenə bir müddət əzab çək,
Yenə bir dövr susub döz.
Belə qalmaz gələr ol gün ki,
Bu qəflətdə yatanlar da açar göz.
Mənə və mən kimi biçarə vəfa əhlinə hirslənmə Xəzər.
Biz sözə güc veririk, sən sözə öyrənmə Xəzər.
Hücum et boz qayalar üstünə coş çağla,
Bu təlatümlərə bel bağla ,Xəzər.
Göz yaşım səndə əmanətdi mənim,
Ağlamaq keçsə içindən Bu həzin şerim ilə ağla ,Xəzər...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar