Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayıq sürücülər sizi necə tələyə salır?


Bakıda ayıq sürücü xidmətindən istifadə edən şəxsin sənədləri polis əməkdaşları tərəfindən alınıb


 Bakı şəhər sakini Elçin Şirinov moderator.az-a bildirib ki, martın 13-də toy məclisindən çıxan zaman avtomobili idarə etmək üçün ayıq sürücü xidmətindən istifadə edib: 

“Həmin gün spirtli içki qəbul etdiyim üçün ayıq sürücü xidmətindən istifadə etdim. Yaşadığım binanın qarşısına çatanda sürücüyə bildirdim ki, avtomobili öz yerində saxlamaq lazımdır. Fikirləşdim sürücü avtomobili lazım olan qaydada saxlaya bilməz. Sürücün yola saldıqdan sonra maşını binanın qarşısında hərəkət etdirib lazım olan yerdə saxladım. Bu zaman gördüm ki, iki nəfər polis əməkdaşı başımın üstündə dayanıb. Onlar mənə sərxoş halda avtomobil idarə etdiyimi bildirdilər. Mən də bildirdim ki, spirtli içki qəbul etdiyimə görə, ayıq sürücü xidmətindən istifadə etmişəm. Bunu həmin nömrəyə zəng edib yoxlamaq da olar. Lakin onlar məni aparıb sərxoşluq müayinəsindən keçirdilər. Bildirdim ki, buna ehtiyac yoxdur, sərxoş olduğumu inkar etmirəm. Aparıb müayinədən keçirdikdən sonra yenidən maşını gətirib həyətdə saxladılar, sənədlərimi də alıb apardılar. İndiyə kimi də sənədlərimdən xəbər yoxdur”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sərxoş halda heç bir şəkildə avtomobil idarə etmək olmaz: “Sərxoş vəziyyətdə maşını park etmək olmaz. Bu qanun pozuntusudur. Həmin sürücünün əgər sənədlərini alıblarsa barəsində tədbir görüləcək və həmin şəxsə bu barədə məlumat veriləcək”.

Hüquqşünaslar isə bildirirlər ki, binanın qarşısında avtomobili park etmək yol hərəkəti iştirakçısı olmağa əsas vermir. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək məsuliyyət yaradır. Lakin bu, avtomobil yolunda baş verməlidir. Yəni ictimai yerdə bunu etmək olmaz. Lakin binanın qarşısında avtomobili park etmək məsuliyyət yaratmır.

Etibarlı mənbələrdən isə bildirilib ki, bəzi ayıq sürücü xidmətləri polislə birgə fəaliyyət göstərir. İçkili şəxslər barədə polisə məlumat ötürülür və nəticədə bu cür problemlər yaranır.

Sərxoş halda sükan arxasına keçməyin son dərəcə təhlükəli olduğunu xüsusi vurğulayan Avtosfer.az saytı isə sürücülərə tövsiyyə edir ki, bir neçə taksi sürücüsünün və ya adi sürücünün ayıq sürücü kimi göstərdiyi xidmətdən istifadə edərkən diqqətli olun. Yaxşı olar ki, peşəkar şəkildə ayıq sürücü xidməti göstərən şirkətlərə sifariş edəsiniz. Çünki ayıq sürücü sizi mənzilin yaxınlığında düşürüb gedən kimi yol polisinə yaxalandıqda artıq həmin ayıq sürücünü tapa bilmirsiniz. 

Ona ya zəng çatmayacaq, ya da başqa problem yaranacaq. Amma rəsmi şirkətin sürücüsü belə bir hərəkət edərsə və ya ayıq sürücü maşınınızı sürərkən radara düşərsə, kamera çəkərsə bu qayda pozuntusuna görə siz cərimə ödəməli olmazsınız. Əlinizdə sübutlar olacaq ki, qayda pozan ayıq sürücüyə cəriməni ödətdirəsiniz.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ən çox oxunanalar