Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ata ilə oğlu efirdə qarşı-qarşıya gəldi - Xəlil Rzaya görə


Bir neçə gündür ki, gənc yazar Kəramət Böyükçülün Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü sosial şəbəkədə status yazaraq təhqir etməsi geniş müzakirələrə səbəb olub


Qafqazinfo” xəbər verir ki, statusda K.Böyükçöl bildirib ki, Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asıb: “Səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi”.

Ötən gün  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında  onun qalmaqala səbəb olan statusu özüylə  birlikdə atası, şair Qəşəm Nəcəfzadə və başqaları ilə birlikdə müzakirə edilib.

Yazar Kəramət Böyükçöl hesab edir ki, yazdığı statusla Xəlil Rzanı təhqir etmək, alçaltmaq niyyəti olmayıb: "Onu şair kimi bəyənmədiyimi bildirmişəm, xoşuma gəlmir. İstedadsızdır demişəm və xalq hərəkatı dövründə bir çoxları kimi milli ədavəti qızışdıran insanlardan biri kimi Xəlil Rzanın adını çəkmişəm. Orada qeyd etmişəm ki, KQB-nin qazdığı xəndək, Xəlil Rza da bütün bu odlu alovlu çıxışları ilə ona xidmət etmiş olur”.

Söhbətə müdaxilə edən aparıcı İlham Tumas isə əslində bu fikirlərin K. Böyükçölün Zərdüşt Əlizadə ilə  müsahibəsində əks olunduğunu xatırladıb. Qeyd edib ki, X. Rza Ulutürk haqqındakı bu fikirlərin sahibi Zərdüşt Əlizadə olub. 

K. Böyükçölün atası Qəşəm Nəcəfzadə oğlunun yazdığı statusa belə münasibət bildirib: "Mən Xəlil Rzanı bəyənirəm. Onu beynəlmiləl şair adlandırıram. Hətta deyərdim ki, onu zindandan tərcümə etdiyi şairlər xilas etdi. Xalqımıza deyirəm ki, Kəramətin bu yazısı, bu statusu tamamilə səhvdir, düzgün deyil”.

O oğlunun əvəzindən üzr istəyib. "Mən bir oğul atası kimi Kəramətin yerinə Xəlil Rzanın ruhundan üzr istəyirəm. Kəramət səhv eləyir, mənə elə gəlir ki, o səhvini başa düşəcək". 

Verilişin digər qonaqları da qalmaqallı statusla bağlı yazarın fikirlərini tənqid edib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar