Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

68 891 abituriyent ərizəsini təsdiq edib

Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus pandemiyası dövründə fəaliyyət istiqamətlərinə uyğun görülən işlər barədə məlumat yayıb...

Mərkəzdən bildirilib ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar DİM-in rəhbərlik və struktur bölmələri arasında məsləhətləşmələr məsafədən ünsiyyət üçün nəzərdə tutulmuş müəyyən proqramlar vasitəsilə onlayn qaydada keçirilib.

Vətəndaşların qəbulu martın 17-dən etibarən dayandırılsa da, müraciətlər 1653 "Çağrı Mərkəzi" vasitəsilə xüsusi proqram təminatından istifadə olunmaqla işçilərin öz evlərindən cavablandırılıb (aprelin 1-dən mayın 8-dək 2200-dən artıq müraciətə cavab verilib). Dövlət İmtahan Mərkəzinin regional bölmələri üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılıb. Həmçinin vətəndaşların müraciətləri Mərkəzin [email protected] elektron poçt ünvanı (10500 müraciət daxil olub), DİM-in sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesabları vasitəsilə cavblandırılıb.

Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in “Facebook” və “Youtube” kanallarında, eləcə də Layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar, karantin rejimi müddətində psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı yazılar yerləşdirilib. COVID-19 pandeiyası ilə əlaqədar 3 dildə hazırlanan maarifləndirici videoçarxın ölkə kanallarında mütəmadi yayımı təşkil edilib.

Xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edilib. Hazırda olan məlumata əsasən, martın 29‑dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 35 265 istifadəçi tərəfindən 104 614 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar