Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - Siyahı

Ölkəmizdə kadr və struktur islahatları davam edir...

Belə ki, aparılan islahatlar nəticəsində bəzi məmurlar vəzifələrini itirib, onları yeni kadrlar əvəzləyib. Bir çox sahələri əhatə edən islahatlar icra hakimiyyətlərindən də yan keçməyib.

PİA.az Azvision.az-a istinadən bu il işdən çıxarılan icra başçıları ilə bağlı məlumatları təqdim edir:

Sentyabr 30-da Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Seyidəliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.

Oktyabrın 31-də Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Dekabrın 19-da isə keçmiş icra başçısı Q.Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 31-də Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb. O, 15 il Xaçmaza rəhbərlik edib.

Prezidentin noyabrın 12-də imzaladığı sərəncamla Lütvəli Babayev Zərdabın icra başçısı vəzifəsindən azad edilib. L.Babayev 12 il Zərdabın icra başçısı olub.

Dekabrın 4-də Əhməd Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. O, 13 il bu rayonda rəhbər vəzifədə çalışıb.

Dekabrın 20-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən azad olunub.

O, bu ilin aprel ayının 5-də Goranboy rayonunun icra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyinat almışdı.

Dekabrın 19-da isə N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar