Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“17 dəqiqə ərzində 600 milyon insan məhv olacaq” - Bəşəriyyət təhlükədə

"Kimyəvi və ya bakterioloji silahlardan istifadə olunsa, bunun qarşısını heç cür almaq olmayacaq. O, atomdan da pisdir. Atomun təsirindən əleyhqazla qorunmaq bir qədər mümkün olsa da, kimyəvi silahlardan qorunmaq heç bir şəkildə mümkün deyil".

PİA.az bakupost.az-a istinadən bildirir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

O, Rusiya-Ukrayna müharibəsində nüvə silahlarının istifadə olunub-olunmayacağı ehtimallarından bəhs edib:

"Rusiya qanunlarında qeyd olunub ki, nüvə silahından yalnız Rusiya ərazisinə hücum olduqda istifadə oluna bilər. İndi isə əksinə, Rusiya özü başqa ölkəyə hücum edib. Öz ərazisində də elə ciddi hadisələr baş vermir. Amma heç kim təminat vermir ki, Putin nüvə silahından istifadə etməyəcək. Putin bundan istifadə edərsə, qarşı tərəf də cavab verəcək. Mütəxəssislərin hesablamalarına görə, belə bir şey baş verərsə, 17 dəqiqə ərzində 600 milyon insan məhv olacaq. Onun Azərbaycana atılıb-atılmaması arasında çox az fərq olacaq. Belə bir hal baş versə, nə qədər sığınacaq qazılsa da, bəşəriyyət bu fəlakətdən qurtula bilməyəcək. Yaponiyada 77 il öncə baş vermiş hadisənin fəsadları indi də qalır. Xəstəliklər hələ də davam edir. Biz də qorunmaq üçün mülki-müdafiə sistemini maksimum gücləndirməliyik. Amerika və digər dünya ölkələri Rusiyanın pat vəziyyətindən çıxması üçün təkliflər haqqında düşünməlidir. Çünki Rusiya getdikcə aqressivləşir".

Ekspert nüvə silahlarının dağıdıcılıq qüvvəsindən də danışıb:

"Strateji və taktiki nüvə silahları var. Taktiki nüvə silahlarının miqyası kiçikdir. Onlar 400 kq çəkidə olur. Düşdükləri yerdə 2 km məsafəni dağıdırlar. Küləyin istiqamətindən asılı olaraq isə 15 km məsafəni zəhərləyirlər. Strateji silahların dağıdıcılıq qüvvəsi isə qat-qat çoxdur. Düşdüyü yerdə 15 km məsafəni darmadağın edir. Zəhərləyici gücü də 50-100 km məsafəni təsir altına salır. Təyyarələrdə bir az güclü, sualtı qayıqlarda isə daha böyük olur.

Ən böyük strateji nüvə silahları isə şaxtalarda olur.

Dağıntıların və zəhərin təsiri atılan silahın strateji və ya taktiki nüvə silahı olmasından asılıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar