Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

14 uşaq doğmaq istəyən müəllimə

Bir dəfə sosial şəbəkədə “Görəsən ehtiyac içində olanlar bunca problemin içində niyə çox uşaq dünyaya gətirirlər, imkanlı adamlarsa adətən bir-iki uşaqla kifayətlənirlər?”- deyə sormuşdum və bir kişinin tərs reaksiyası ilə üzləşmişdim


Özünü təhqir olunmuş hesab edən kişi yəqin çoxuşaqlı ata idi. Uşaqlar da çox güman ki, şəxsi təşəbbüsü ilə dünyaya gəlmişdi. Yoxsa niyə mənim məsum sualıma acığı tutsun ki?
 
Anlamadığım bir şey var, maddi ehtiyacı olanlar uşaq doğmağa niyə bu qədər həvəslidirlər?  Niyə insanlarımız bu məsələyə bu qədər məsuliyyətsiz yanaşırlar? Uşağı dünyaya gətirməklə iş bitmir axı. Əksinə, hər şey başdan başlayır. Yeni insan dünyaya gəlir. Dünyadan tamamilə xəbərsiz olan yeni insan. Yeni insanı dünyaya hazırlamaq sizə asanmı gəlir, əfəndilər?
 
Əfəndilər dedim, Nazim Hikmətin şeiri yadıma düşdü:
 
Xoş gəldin cocuk!
Yaşama sırası səndə
Sənin yolunu gözləyir xəstəlik, boğmaca, qızılca, qızdırma
Ürək infarktı, xərçəng, işsizlik-filan
Xoş gəldin çocuk
Yolunu gözləyir
Qara sevda, əyyaşlıq-filan
Xoş gəldin cocuk...
 
Yaşamağın nə qədər ağır olduğunu və kiçik insanın yolunu gözləyən böyük faciələri anladır bu şeirində ustad. Həqiqət acı olur, amma ondan qaçmaq da mümkün deyil, bir yerdə yaxalayır adamı.
 
Yaşamaq asan deyil. Üstəlik əgər siz özünüzdən başqa insanların həyatı üçün də məsuliyyət daşıyırsınızsa. Ev heyvanı saxlayan insanlar belə itləri, pişikləri üçün narahat olurlar, istər-istəməz onun sabahını düşünürlər.
 
Ailələr var ki, maddi və mənəvi problemlərlə baş-başadır, övladına verəcəyi heç nəyi yoxdur. Nə maddi, nə də mənəvi. Amma uşaq ardınca uşaq dünyaya gətirir. Özünü də, zavallı uşaqları da zillətə məhkum edir.
 
Bir müddət əvvəl ölkəmizə çalışmağa gəlmiş türkiyəli bir həkimlə söhbət edirdik, sözarası dedi ki, həftə sonu  mütləq Ankarada olmalıyam, çünki həftə sonlarını oğluma həsr edirəm, onu gəzməyə çıxarıram, təbiət qoynunda müxtəlif mövzularda söhbətlər aparırıq.
 
Bu həkim çox məşğul adam idi, vaxt azlığından gileylənirdi, amma övladına ayrılan vaxt hətta işindən də vacib idi.
 
Söhbət zamanı məlum oldu ki, həkimin yalnız bircə oğlu var.
 
- Niyə bir uşaq? –mən maraqlandım.
 
- Bilirsiniz, indi ölkədə vəziyyət çətindir. Uşağı təmin etmək asan məsələ deyil.
 
Həkimin həyat yoldaşının da özüylə birlikdə təhsil aldığını, yəni onun da həkim olduğunu xatırlayıb susdum.  
 
Təsəvvür edin ki, iki uğurlu həkim bir uşağın gələcəyi üçün narahatlıq hissi keçirir, ikinci uşağın məsuliyyətini üzərinə götürmək istəmir.
 
Bu, təkcə övlada deyil, həm də insanlığa verilən dəyərdir. Övladını, gələcəyin insanını təhsilli, təmin olunmuş görmək istəyir.
 
Amma cahil valideyn nə edir? İki həkim bir uşağın gələcəyi üçün təlaş keçirdiyi halda fəhlə baba bir düjün uşaq dünyaya gətirir.
 
Burda söhbət təhsildən getmir. Təhsilli cahillər də var. Məsələn, mən bir müəllimə tanıyıram, hansının ki, işi-gücü ancaq uşaq doğmaqdan bəhs etməkdir. Əlacı olsa, uşaqları çoxaltmaq naminə çoxsaylı layihələr təşkil edər.
 
Özünün 7 uşağı var. Əgər əri cavan ikən dünyadan köçməsəydi, uşaqların sayı yərin ki, iki dəfə çox olacaqdı.
 
Qəhrəmanımız uşaqlarının heç birinin təhsil alması barədə düşünməyib. Heç təlim-tərbiyələrinə də lazımi diqqət ayırmayıb. Bu ondan ötrü vacib də deyil. Vacib olan qadının bacardığı qədər çox uşaq doğmasıdır.
 
Uşaq doğmağın gərəkliliyini gəlinlərinə də bərk-bərk tövsiyə edir.
 
Müəllimə 20 il qabaq məzun olan şagirdlərindən bəhs edərkən gözləri yaşara-yaşara bunları deyir: “Təsəvvür edirsiz, şagirdim artıq nənədir!”
 
Onun şagirdləri arasından yəqin ki, mühəndislər, müəllimlər, həkimlər çıxmır. Çünki müəllimə heç vaxt bu barədə danışmır. Bütün qayğıları ancaq uşaq doğmaq problemindən gəlib-keçir.
 
Süjet xətti uşaq problemi ilə bağlı olan filmləri xüsusiə bəyənir və həmin kadrlardan ağız dolusu danışır.
 
Düşünürəm ki, bu qadın gərək müəllimə yox, mamaça olardı.
 
Və sizi inandırım ki, belə təhsilli cahillərimiz bir deyil, iki deyil.
 
Bizim ən böyük problemimiz maddiyyat deyil.
 
Bizim ən böyük problemimiz cəhalətdir.
 
Günel Natiq(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar