Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Uduzmuşuqsa, deməli, haqlı məğlubiyyətdir"

"Hər iki komandaya maraqlı oyuna görə təşəkkür düşür. Həddən artıq gərgin qarşılaşma alındı. Sonadək qələbəni kimin qazanacağı bilinmirdi"

"Qarşıda bizi çətin mərhələ gözləyir. Bu oyunun üzərində dayanmamalı və gələcəyi düşünməliyik".

Bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis oyunun sonlarında baş vermiş insidenti belə şərh edib: "Baqali Daboya uğurlar arzuladığım halda, Emin Mahmudova etirazımı bildirdim. O, hər şeyi etdi ki, İlkin Muradova qırmızı vərəqə göstərilsin. Orxan Sadıqlı isə meydana girmək ixtiyarı olmadığı üçün qırmızı vərəqə aldı. Qaldı özümün əsəbiləşməyinə, mən elə həmişəki Samirəm".

Abasov komandasının çıxışından da narazılıq ifadə edib: "Bu gün Neftçi iki standart vəziyyətdə qol vurdu. Bunu futbolçulardan sorğu-sual edəcəyik. Oyunun əvvəllərində özümüz rəqibə qol imkanı yaratdıq. Bilal Həmdi vura bilmədiyini rəqib vurdu. Həmdi həm də bu gün zədələndi. Onun durumuna gələn həftə ərzində baxacağıq.

İkinci hissədə oyunçularımız arasında anlaşılmazlıq nəticəsində daha bir qol buraxdıq. Dabonun bu gün yaxşı oynaması bizim müdafiəçiləri pis vəziyyətdə olmalı demək idi. Qış fasiləsindən sonra Sabah-la matç çıxmaqla bütün oyunlarda inamlı təsir bağışlamışdıq. Bu gün uduzduqsa, deməli, haqlı məğlub olmuşuq".(goal.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar