Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur"

Bu il Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur, ibadətlərini gözəl həyata keçirirlər

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə bildirib ki, ötən illərə nisbətən builki zəvvarlar daha sağlamdırlar: “Yəni aralarında xəstələr çox azdır, demək olar, yoxdur. Arzu edirəm ki, bizim hacılarımız da sağ-salamat qayıtsınlar”.

Qurban bayramı ilə əlaqədar qılınan bayram namazı ilə bağlı da danışan şeyxülislam əlavə edib ki, bayram namazında torpaqlarımızın tezliklə işğaldan azad olunması, Vətən torpağını qoruyanlar, dünyadan gedənlər, bu məsciddə namaz qılan alim-üləmalar üçün dualar edildi:

“Bundan əlavə, həm də ümummilli lider Heydər Əliyevi ehtiramla andıq. Allah Qurban bayramını bizə ona görə nəsib edib ki, dünyada insan qurbanı kəsilməsin, insan qırğını olmasın. Biz dua etdik ki, dünyada müharibələr olmasın. Biz ümumən bütün Azərbaycan dövləti, vətənimiz, Azərbaycan xalqı üçün dualar etdik. İnşallah, Allah dualarımızı qəbul edəcək”.

Qeyd edək ki, 22-23 avqust tarixlərində Azərbaycanda Qurban bayram qeyd olunur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar