Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin Rusiyanın beynəlxalq roluna verdiyi qiymət ...” - Zahid Oruc


“Prezidentin Rusiyanın beynəlxalq roluna verdiyi qiymət fundamental yanaşmadır...” - Zahid Oruc


Dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyada işgüzar səfərdə olub. İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak edib. Dövlət başçılarının görüşündə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak ediblər. Dövlət başçıları görüşdə çıxış ediblər. APA-nın məlumatına görə, MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan prezidenti Rusiyanın dünyada və bölgədə rolu barədə maraqlı fikirlər bildirib. Prezident deyib ki, Rusiya MDB-ni birləşdirən ölkədir, MDB-nin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir: “Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Cənab Putinin rəhbərliyi altında ictimai siyasi stabillik təmin olunub. Bu, ictimai razılığa söykənir”.

İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini söyləyib: “Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı Vladimir Putinin adı ilə bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də bütün bu mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur”.

Rusiya prezidenti V.Putin bəyan edib ki, birliyə daxil olan ölkələr özlərinin sosial-iqtisadi inkişaf, sabitlik və təhlükəsizliyin gücləndirilməsi istiqamətində işi davam etdirəcəklər: “Əminəm ki, MDB çərçivəsində müxtəlif sahələrdə əlaqələrin dərinləşməsi xalqlarımızın əsas maraqlarına cavab verir. Sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, sosial-iqtisadi məsələlərin həlli istiqamətində işlərimizi davam etdirəcəyik”.

Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan prezidentinin Rusiyanın beynəlxalq roluna verdiyi qiymət çox köklü fundamental yanaşmadır: “Yaxın Şərqdəki hadisələri düzgün təhlil edəndə Rusiyanın orada iştirak payının nə qədər olduğunu deməyə ehtiyacımız qalmır. Gözümüzün qabağında biz onları gördük ki, böyük güclər 2011-ci ildə ”əl-Qaidə"nin bir qolunu inkişaf etdirib Səddam Hüseynin generallarından ibarət dəstələri də oraya qatıb, sonra beynəlxalq muzdluları da silahlandırıb Bəşər Əsədin üzərinə İŞİD bayrağı altında “sünni cihadçıları”nı yönəltməyə çalışdılar. 2015-ci ilə qədər guya müxtəlif beynəlxalq koalisiyalar da yaradıb onları zərərsizləşdirmək adı altında Yaxın Şərqin yenidən ələ keçirilməsi hərəkatı dünyanın mənzərəsini təşkil eləməkdəydi. Bu fonda milyonlarla insan yurd-yuvalarını tərk eləməklə bərabər yüz minlərlə insan məhv edildi.

Biz şahidi olduq ki, dünyada mövcud sistemlər min illik ölkələri, bölgələri necə asanlıqla dağıda bilirlər. Rusiya 2015-ci ilin 30 noyabrında hərbi qüvvələrini Xəzər üzərindən və Aralıq dənizi vasitəsilə Suriyaya yeritdi. İki il ərzində terrorçu qüvvələri darmadağın elədi. Nəticədə bu gün Suriyadakı məlum ocaqların böyük bir hissəsi söndürülüb. Məgər bu fakt Moskvanın artıq Sovetlər Birliyinin dağılmasından sonra dünyada yeni rola yiyələndiyinin sübutu deyilmi? Artıq Rusiya Suriyada və müsəlman ölkələrinin böyük əksəriyyətində xilaskar bir dövlət kimi qəbul olunmaqdadır. Rus əsgərinin hazırda o məkanda obrazı belədir. Əksinə, ABŞ-ın o bölgədə sifətini itirməsi, çox böyük zərbə alması reallığı da ortadadır. Siz deyə bilərsiz ki, Ukrayna məsələsi Rusiyanın qeyd etdiyiniz rolunu təsdiq, yoxsa inkar edir? Hər halda, cavab vermək mümkündür ki, istənilən ölkə öz sərhədində baş verən ciddi proseslərə seyrçi qalmaz. Rusiya dəfələrlə Qərbə xəbərdarlıq etdi ki, NATO-nun infrastruktru onun yaxın çevrəsində yerləşdirilsə, o bunu həzm eləməyəcək".

Lakin deputata görə, Azərbaycan insanının nəzərində Rusiyanın daha yeni obrazına ehtiyac var: “Çünki tarixi iki yüz il ərzində baş vermiş müxtəlif hadisələr fonunda, 1990-cı illərdə yaşanan proseslər Rusiyanın yeni obrazının yaradılmasına ehtiyac yaradır. Prezident İlham Əliyev qədər Rusiya ilə bu qədər peşəkarlıqla, onun rolunu düzgün dəyərləndirərək, toqquşmaya getmədən öz mənafelərimizi mühüm birgə mənafelərə dayanan müstəvidə quran ikinci bir lider olmayıb. Ulu öndər 1990-cı illərdə maksimal dərəcədə bunun fundamentini yaratdı. Baxmayaraq ki, Yeltsin dönəmi Heydər Əliyev əleyhinə müxtəlif təxribatlarla zəngin oldu, ancaq Putin dönəmində İlham Əliyev çox uğurlu və fəal şəkildə iki ölkənin ortaq maraqlarını tapdı, formalaşdırdı. Müasir Ukraynanın durumu 1990-cı illərin əvvəllərinin Azərbaycanına bənzəyir. Bizi fitva edib Kremllə toqquşdurdular və əydilər. İndiki liderlərin isə regional güclərlə işləmək bacarığından Azərbaycandakı sabitlik və əmin-amanlıq asılıdır. Bizim təhlükəsizliyimiz bununla birbaşa əlaqəlidir. Əgər ABŞRusiya bizim seçkilərə müdaxilə edib" deyirsə, görün Rusiyanın qonşuluğunda olan dövlətlər nəyi düşünsünlər. Deməli, Azərbaycanın kifayət qədər praqmatik siyasət sərgiləməsinə ehtiyac var. Düşünürəm ki, İlham Əliyevin dilindən Vladimir Putinin gələcək liderliyinə verilən mənəvi, siyasi dəstəyin də anlamı təkcə seçki kampaniyasına münasibət bildirmək, onun prezidentliyinin davamını istəmək mənasından daha böyük, ölkəmizin maraqları ilə əlaqəlidir ki, ona görə də prezident bu dərəcədə məharətlə ölkəmizin mövqeyini ortaya qoydu".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar