ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş məhsuldar olacaq
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib.
“Hesab edirəm ki, nikbinlik üçün yetərincə səbəb var və danışıqlar məhsuldar olacaq”, deyə Mettis bildirib.
Bundan əvvəl Ağ Ev ABŞ-KXDR sammitinin may və yaxud iyunun əvvəlində keçiriləcəyini bəyan edib.
pia.az