Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ona gec olduğunu dedim və başını kəsdim”


Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini İlham Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb


PİA.AZ oxu.az-a istinadən xəbər verir ki, bu il yanvarın 25-də Nərimanov rayonu, Aşıq Qərib küçəsindəki 69 saylı evdə İlham Süleymanov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Məhəbbət Süleymanovaya (1979-cu il təv.) boğaz nahiyəsindən bıçaq zərbələri endirərək, onu qətlə yetirib və hadisədən sonra Nərimanov RPİ-yə könüllü gələrək təslim olub.

Saxlanılan şəxs cinayəti namus üstündə törətdiyini bildirib, onun Bakı Metropolitenində elektrik-mexanik işlədiyi məlum olub. Daxil olan məlumat əsasında hadisə yeri Nərimanov RPİ 18-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub.

İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadının ölümünə almış olduğu xəsarətlər nəticəsində inkişaf edən kəskin qanitirmə səbəb olub.

Məhkəmə prosesində ittiham üzrə özünü qismən təqsirli hesab edən İlham Süleymanov Məhəbbətlə 1996-cı ildə ailə həyatı qurduğunu və həmin nikahdan 3 övladı olduğunu bildirib. Ailə quranda əvvəl Suraxanı rayonunda yaşayıblar, 2000-ci ildə isə həmin evi satıb, Nərimanov rayonuna köçüblər:

“2003-cü ildə Məhəbbətin əlində telefon, məlumatlar bölməsinə baxanda isə sevgi mesajları görüb. Həmin vaxt sonuncu səhv etdiyini bildirib və üzr istəyib, üç övladım olduğu üçün onu bağışladım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ötən il məhkəmə yolu ilə Məhəbbətlə boşanıblar, lakin bir yerdə yaşayıblar:

“Payızda oğluma “Hyundai” markalı maşın aldım, Məhəbbət də maşın sürməyi öyrəndi, hərdən o da maşın sürürdü. Boşanandan bir neçə ay sonra Məhəbbət dedi ki, ailə üzvləri ilə birlikdə İrana, Məşhəd ziyarətinə gedir, oradan qayıdandan sonra hicab bağlamağa başlayıb.

Hadisə baş verən gün Məhəbbət evdə yox idi, geri qayıdanda onun harada olduğunu soruşduqda o, bankda olduğunu dedi. Bundan sonra qızımı məktəbə apardım. Evə çatanda gördüm ki, Məhəbbət yenə də telefonla danışır. Onu öldürmək qərarına gəldim. Məhəbbət dedi ki, “məni öldürmə, bağışla, balalarımız yetim qalmasın”. Ona gec olduğunu dedim və başını kəsdim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Nəriman Məsimov ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib. O, bildirib ki, qızının pis yola düşməsində İlham Süleymanov günahkardır:

“Mən qızımı öz evimə aparmışam. Amma hadisədən bir gün əvvəl İlham oğlu ilə birlikdə qızımı aldadıb evə gətirib və sonrada başına bu oyunu açıblar. İlhama heç bir güzəşt etmirəm, qanunla nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini istəyirəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən İlham Süleymanov apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq təqsirləndirilən şəxsin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar