Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“MilliÖN”dən kinoya bilet almaq olacaq


“Komtec” şirkəti “MilliÖN” ödəmə köşklərində artıq Bakı kinoteatrlarından birinə bilet almaq imkanı təqdim edir


Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda “MilliÖN” ödəmə köşklərində 100-dək müəssisə və təşkilatın ödənişləri qəbul edilir.

“MilliÖN”ün ən son təqdim etdiyi ödəniş xidməti “28 cinema” kinoteatrına bilet almaq imkanını nəzərdə tutur. Belə ki, kino həvəskarları artıq öncədən kinoafişada seçdikləri filmə biletin pulunu “MilliÖN” ödəniş terminalları vasitəsi ilə ödəyə bilər və film başlamadan bir neçə dəqiqə qabaq onu kinoteatrın kassasından əldə edərək kinozala keçə bilər. Bundan başqa, “28 cinema” kinoteatrının rəsmi internet səhifəsində də bu xidmətdən istifadə etmək mümkündür, lakin burada artıq ödəniş plastik bank kartları vasitəsi ilə aparılır.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 20-dək bank və qeyri-bank kredit təşkilatının xidmət ödənişləri “MilliÖN” ödəmə köşklərində qəbul edilir.

“MilliÖN” vasitəsilə vətəndaşlar mobil və sabit telefon şəbəkəsi üzrə, kommunal ödənişlər, internet və kabel TV və bank xidmətlərinin ödənişlərini ödəyə bilərlər.

Ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, banklarda, hava limanlarında, Bakı şəhərinin dəmiryol stansiyalarında və digər Azərbaycan şəhərlərində yerləşir.(azvision.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar