Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Mayın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə toplantı keçirilib...

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri mayın 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada birinci yaşayış kompleksinin açılışı zamanı şəhərə köçmüş ilk sakinlərlə görüşündəki çıxışından irəli gələn tapşırıqları toplantı iştirakçılarına çatdırıb.

Ali Baş Komandanın çıxışının Azərbaycan Ordusunda bütün şəxsi heyətə çatdırılmasının əhəmiyyətini qeyd edən nazir bununla bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması ilə bağlı müvafiq Sərəncamı çatdırılıb.

Müdafə naziri Azərbaycan Ordusunun digər qoşun növləri kimi HHQ-nin də Vətən müharibəsi və digər əməliyyatlarda fəaliyyətinin Ali Baş Komandan tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Bildirilib ki, dövlət başçısının tələblərinə uyğun olaraq son dövrlərdə HHQ-nin inkişafı istiqamətində mühüm addımlar atılıb və hərbi potensialı daha da artırılıb. Silahlanmaya müasir tələblərə cavab verən yeni aviasiya və pilotsuz uçuş aparatlarının qəbul edilməsi, peşəkar hərbi qulluqçuların, pilotların hazırlanmasının Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların bariz nümunələrindən olduğu diqqətə çatdırılıb.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə HHQ komandanı və şəxsi heyəti dəfələrlə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə müxtəlif mükafat və medallara layiq görülüb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant R.Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

General-leytenant R.Tahirov isə öz növbəsində xidmət etdiyi müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını bildirib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Ən çox oxunanalar