Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gülər Əhmədovanın 27 min dolları bankda batıb”


“Bizim keçmiş millət vəkilimiz Gülər Əhmədova mənə zəng vurub deyir ki, ləğv edilmiş “Bank Standard”da 27 min dollar vəsaiti var. Mən bu məsələ ilə bağlı Sığorta Fondunun sədri Azad Cavadovla danışdım”


Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit büroları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, Gülər Əhmədovanın 27 min dollarını “Bank Standard”dan geri almaqda ciddi problemi var:

“Gülər xanım “Bank Standard”a 27 min dollar vəsaiti qoyub və indi də bunu geri götürmək istəyir. İndi dolların kursu dəyişib. Gülər xanıma deyirlər ki, sən o vaxt 27 min dolları kurs 0.78 olanda qoymusan. Biz sənə indi 1.60-la veririk. Yəni Gülər Əhmədovaya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyirlər. Bəs 9-10 mini kim verməlidir Gülər xanıma?”.

Deputat söyləyib ki, əmanətlərin geri götürülməsində bağlanmış banklar insanları incidirlər: “Çox ciddi problemlər var. Bu məsələ ilə bağlı insanlar, vətəndaşlar bizə çox şikayət edirlər. İndi vətəndaşların bizə əlləri çatır, ona görə də dərdlərini bizə deyirlər. Sizə və ya daha yuxarı instansiyalara əlləri çatmır. Biz bankların bağlanmasının tərəfdarı deyilik, biz bankların konsolidasiyasının, təmərküzləşməsinin tərədarıyıq. Hər dəfə banklar bağlananda insanlar ciddi əziyyət çəkirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar