Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın İrana təklif etməyə heç nəyi yoxdur” – Conni Məlikyan


Bu həftə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirləri Bakıda Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə ediblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib


Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi Hind və Atlantik okeanlarını birləşdirməyə imkan verəcək. Azərbaycanlı nazirin sözləri Ermənistanda əsəbi reaksiya doğurub. Buradakılar hiss ediblər ki, ölkə növbəti irimiqyaslı layihədən kənarda qalıb.

Lakin göründüyü kimi, erməni tərəfinin bu reallıqla barışmaqdan başqa çarəsi yoxdur. Virtualaz.org xəbər verir ki, erməni politoloq Conni Məlikyan yerli mətbuata müsahibəsində bu dördtərəfli formatın bir yenilik olduğunu və sənədin hələlik bəyannamə xarakteri daşıdığını qeyd edib.

Buna baxmayaraq, onun sözlərinə görə, son zamanlar regionda infrastruktur layihələri fəal şəkildə həyata keçirilir. İran isə hazırda getdikcə daha çox Azərbaycan yoluna tərəf meyllənir.

Conni Məlikyan vurğulayır ki, erməni diplomatiyası əks addımlar atmalıdır: “Əgər məhz Cənub-Şimal dəmiryolu xətti açılması cəhdi edilirsə, biz Şimal-Cənub avtomagistral layihəsini gerçəkləşdirə bilərik, alternativ avtomobil yolu aça bilərik. Lakin mən bu layihəni sürətlə həyata keçirə biləcəyimiz və İran tərəfinə nəsə təklif edəcəyimizlə bağlı fikrə bədbin yanaşıram”, – erməni siyasətçi deyib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar