Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əgər Qurban Qurbanov razılıq verərsə, satarıq”


Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib


Matçdan sonra jurnalistlərə müsahibə verən “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl "Qafqazinfo"nun əməkdaşının suallarını da cavablandırıb: 

-    Gözəl və maraqlı bir oyun izlədik. Vurduğumuz 2 qol bizə növbəti oyunda daha da üstünlük gətirəcək. Oyunun tempi çox yüksək idi. Məğlub olmasına baxmayaraq, “Neftçi” də çox çalışdı. Əsas heyət oyunçularımızdan bir neçəsi oyunda iştirak edə bilməsə də, mən komandanın oyunundan razı qaldım.

-    Artıq “Qarabağ”ın finala vəsiqəni təmin etdiyini düşünmək olarmı?

-    Yox, mən futbolda belə bir şeyi deməyə heç vaxt cəsarət etmərəm. Bu matçın cavab qarşılaşması da keçiriləcək. Doğma meydanda oynayacağıq. Bu da bizə üstünlük verəcək. Azarkeşlərimizi oyuna dəvət edirəm. 

-    “Qəbələ” də “İnter”i səfərdə 3:1 hesabı ilə məğlub etdi. Finalda da qarşılaşmaq şansınız var. Bu barədə nə düşünürsüz?

-    Doğrudan, çox maraqlı olacaq. Həm çempionatda, həm də kubokda mübarizə aparacağıq. Maraqlı oyun olacaq.

-    Əgər finala yüksəlsəniz, həlledici görüş Naxçıvanda olacaq. Sizcə, bu, komandaya necə təsir edəcək?

-    Doğrudan? Mən bunu indi bildim. Belədirsə, o zaman Naxçıvanda görüşərik (gülür).

-    Millinin heyətində keçirdiyi son oyundan sonra Qara Qarayevə Avropa klublarından təklif gəldiyi söylənilirdi. Əgər belə bir təklif olsa Azərbaycan futbolu naminə Qarayevi az məbləğ qarşılığında satarsınızmı?

-    Mənim bu barədə məlumatım yoxdur. Təklifə gəlincə, bu barədə Qurban müəllimin də fikirlərini öyrənmək lazımdır. Əgər Qurban müəllim razılıq verərsə, satarıq. Mənim şəxsi fikrimə görə, Qarayev xaricə getmək və orada inkişaf etmək şansı olarsa, bu keçid “Qarabağ”a mənfi təsir göstərməyəcəksə, dəstəkləyərəm. Amma “Qarabağ”a mənfi təsir etməmək şərti ilə. 

-    Sizcə, Qara Qarayev Avropanın “TOP-5” çempionatlarında oynamaq gücündədirmi?

-    Qarada mötəşəm istedad var. Məncə, o, bunu bacaracaq. Amma bilirsiz ki, bəzən elə olur bir futbolçu başqa kluba keçdikdə nəticə verə bilmir, digərinə keçdikdə isə yaxşı oynayır. Bilirsiz, Qaranı kiçik yaşlarından biz yetişdirmişik. “Qarabağ”ı düşünəndə belə bir futbolçunu itirmək istəmirik. Amma o, Avropanın aparıcı klublarına keçə bilərsə və bu, ona xeyir verəcəksə, bu keçidə əngəl olmayacağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar