Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cahangir Hacıyevin həyat yoldaşı və qızı ilə bank arasında səhimlərin alqı-satqısı olub”


Prosesə hakim Əfqan Hacıyev sədrlik edir


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Prosesdə vəkil Fəxrəddin Mehdiyev məhkəmə prosesinin sürətli keçirilməsinə, səthi baxılmasına etiraz edərək hakimlərin istintaqı yekunlaşdırmaqda maraqlı olduğunu bildirib.

Hakim Ə.Hacıyev isə qeyd edib ki, bütün vəsatətlərə sənədlərin tədqiqindən sonra baxılacaq. Bundan sonra C.Hacıyevin vəkilləri məhkəmə tərkibinə etirazla bağlı vəsatət qaldırıblar. Hakim isə etirazın məhkəmə sədrinin adına yazılmalı olduğunu qeyd edib.

C.Hacıyev qısa arayış verərək bildirib ki, Beynəlxalq Bankın bankın sənədləri məhkəməyə gətirilməlidir: "Bütün kredit şərtləri həmin sənədlərdə göstərilib. Manatın devalivasiyasından sonra müəyyən fərqlər yaranıb. Bu fərqlər də kredit məsələsində mütləq hesablanmalıdır. Çünki məbləğlər düzgün hesablanmayıb. Kreditlərin verilməsi əmrlə yox, İdarə Heyətinin qərarı ilə rəsmiləşdirilib. Həmin qərar veriləndə isə ora katibin adı yazılır, mənim yox. Camaat elə başa düşür ki, mən qol çəkib kredit paylamışam".

Bundan sonra vəkillər vəsatətlərlə çıxış ediblər. Vəkil Aqil Layicov C.Hacıyevin ailə üzvlərinin kredit borclarının səhmlərlə əvəzlənməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, müxtəlif tarixlərdə C.Hacıyevin həyat yoldaşı və qızı ilə bank arasında səhimlərin alqı-satqısı olub. Yəni, onlara verilən kredit kartlarının borcu bu şəkildə ödənilib.

C.Hacıyev də qeyd edib ki, qızı Leyla Mahmudovanın, ümumiyyətlə, kredit borcu olmayıb və onun adı ittiham aktından çıxarılmalıdır.

Vəkilin digər vəsatəti Dünyamin Xəlilov, Xəqani Bəşirov, türk iş adamı Bülent Harami və Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevinun məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı olub. O bildirib ki, bankdan ayrılan kreditlərin hamısı layihələrə xərclənib:”Bunu Dünyamin Xəlilov da təsdiqləyə bilər. Xarici layihələrə isə Xəqani Bəşirov rəhbərlik edib. Ona görə də, şəxslər məhkəməyə gəlib şahid qismində dindirilməlidirlər”.

Bundan sonra dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərə münasibət bildirib. O, müdafiə tərəfinin qaldırdığı vəsatətlərin təmin olunmamasını istəyib. Maliyyə Nazirliyinin mətbuat xidmətinin C.Hacıyevin 5 milyard manat mənimsəməsi ilə bağlı açıqlamasına gəlincə, bunun hazırkı ittihama heç bir aidiyyatı olmadığını bildirib: "Ona görə də, Mais Piriyevin məhkəməyə gətirilməsinə heç bir ehtiyac yoxdur. Maliyyə Nazirliyində olan sənədlər yəqin ki, aidiyyatı qurumlara təqdim olunub və araşdırılır".

Məhkəmə vəsatətlərlə bağlı qərarını fasilədən sonra açıqlayacaq.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar