Türkiyə kubokunda "Fənərbaxça" ilə cavab matçında başından yaralan "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş xəstəxanadan çıxıb
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, müalicəsi bitdikdən sonra səhər saatlarında evə buraxılıb.
Qeyd edək ki, Ş.Günəşin "Fənərbaxça" ilə görüşdə başına yad əşya atılıb. Bu səbəbdən türk mütəxəssisin başına 5 tikiş qoyulub.
pia.az