Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın Ermənistanı sülhə məcbur etmək üçün bütün imkanları var“

"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət çox mürəkkəbdir. Bu, böyük insan faciəsidir"


Bunu Trend-ə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.

A.Qut Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə intensiv artilleriya zərbələri endirilməsi nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələri ilə tanış olmaq üçün cəbhə bölgəsinə səfər edib.

Ekspertin sözlərinə görə, cəbhə bölgəsində yaşayan insanlar, demək olar ki, normal həyatdan məhrum ediliblər: "Cəbhəyanı kəndlərin sakinləri normal yaşaya və öz uşaqlarını tərbiyə edə bilmirlər, onlar daim raket və artilleriya atəşi altındadırlar. Bu, çox çətindir. Mən bir israilli olaraq həmin insanları yaxşı başa düşürəm, biz raket və artilleriya atəşi altında yaşamağın nə olduğunu yaxşı bilirik. Əlbəttə ki, vəziyyəti dəyişmək lazımdır".

O, əlavə edib ki, Azərbaycan bu gün regionda yüksək geosiyasi çəkiyə, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan birinə malikdir: "Düşünürəm ki, əgər sülh yolu ilə həll olunmasa, Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində bu məsələni təkbaşına həll etməyə tam hüququ var. Əgər Ermənistan tərəfi sülh yolu ilə münaqişəni həll etməyə hazır deyilsə, Azərbaycanın geosiyasi, hərbi, iqtisadi də daxil olmaqla, bütün imkanları var ki, Ermənistanı sülhə məcbur etsin".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar