Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AŞ-dan çıxsaq Azərbaycanla bağlı çox təhlükəli ssenarilər işə salınacaq”

“Avropa Şurası ilə münasibətlərin qırılması, həmin qurumdan çıxmağımız və ya çıxarılmağımız Azərbaycana siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə ciddi problemlər yarada bilər”


Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu beynəlxalq qurumla ölkəmiz arasında yaranmış böhranı musavat.com-a şərh edərkən deyib: 

“Heç kim düşünməməlidir ki, Avropa Şurasından çıxsaq, bizdən əl çəkəcəklər və rahatlaşacağıq. Tam tərsinə proseslər baş verəcək. Birincisi, Azərbaycanda bizi narahat edən potensial təhdidlər üzə çıxmağa başlayacaq. Yəni ölkədə hakimiyyət dəyişikliyində maraqlı olan xarici güclər, eyni zamanda daxili güclər bu istəklərini siyasi yolla, dinc yolla həyata keçirmək mümkün olmadığından qeyri-siyasi, qeyri-dinc yollara baş vuracaqlar. Avropa Şurasından çıxmağımızın ən təhlükəli siyasi nəticəsi bu ola bilər”.

S. Əkbərin sözlərinə görə, Azərbaycanla bağlı çox təhlükəli ssenarilər işə salına bilər. İqtisadi nəticələrə gəldikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində Qərblə iqtisadi əlaqələr 70 faizdən yuxarı təşkil edir. Avropa Şurasından çıxmaq bu qədər böyük iqtisadi münasibətlərə çox ciddi zərbə vura bilər. Azərbaycan Avropa üçün iqtisadi tərəfdaşlıq imkanlarını itirə bilər: “Azərbaycan qazı Avropa bazarından mütləq şəkildə asılıdır. Bir anlığa düşünün ki, Azərbaycan bu bazardan məhrum olsa, iqtisadiyyatımız hansı vəziyyətə düşər. Azərbaycan nefti və qazını almasalar, ölkəmiz bu strateji məhsullarını kimə satacaq? Neft və qazla zəngin Rusiyaya, yoxsa İrana, Türkmənistana, ya Qazaxıstana satacağıq? Bu məsələləri düşünmək lazımdır. Azərbaycanın Avropa Şurasından çıxması Qarabağ məsələsində də zərərimizə yeni situasiya yaradar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ən çox oxunanalar