Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsi online keçiriləcək

Türkiyənin, Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən “TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsi 2020-ci ildə pandemiya (COVID–19) səbəbindən online olaraq keçiriləcək.

"Report" xəbər verir ki, 26 ölkə və bölgədənin təmsilçilərinin iştirakı ilə keçirilən yarışma dekabrın 20-də saat 17:00-da başlayacaq.

Müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosnya və Hersoqovina, Almaniya, Albaniya, Serbiya,Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və Almaniyadan təmsilçilər iştirak edir. “Türkvizyon 2020”-nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edəcək. Bundan başqa müsabiqədə xüsusi “Tamaşaçı Rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı Gəlin” mahnısnın ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək.

“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik Türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.

Yer kürəsinin təxminən 21 milyon kvadrat kilometrlik bir ərazisinə yayılan "Türk Mədəniyyət Birliyi" layihəsi çərçivəsində reallaşdırılan bu layihə ilə gələcək nəsillərə dostluq, qardaşlıq və əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Layihənin icrası qardaşlıq və əməkdaşlıq imkanları ilə mədəni irsin qorunmasına əsaslanan tarixi yerlərə səyahət proqramlarının həyata keçirilməsi, yerli dəyərlərin təbliğini reallaşdırır.

Bunlardan əlavə “TÜRKVIZYON" Türk Dünyası Mahnı Yarışmasının bu ölkələrin televiziya kanallarında, muxtar bölgələrdə və icmalarda canlı yayımlanması Türk mədəniyyətinin təbliğinə qatqı təmin etməkdə əhəmiyyətli bir amil olacaqdır.

Müsabiqəni 20-yədək telekanal canlı yayımlayacaq. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarıda izləmək mümkün olacaq.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

pia.az 


Etiket: TÜRKVİZYON


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Ən çox oxunanalar