PİA.az jurnalist-yazar Əcəmi Əsədullanın Tofiq Yaqubluya həsr etdiyi şeirini oxuculara təqdim edir...
Saçlar ağardıqca günlər qaralır.
Gözündən oxunur həyat təşvişi.
Zindanda bizlərik, sən azadlıqda,
Məhbəsdə azadlıq yaradan kişi.
***
Baxma məzlum-məzlum vətənim kimi,
Dəmir barmaqlıqlar üzünü bölür.
Alnına yazılıb "azadlıq" sözü,
Dəmir parçaları o sözü bölür.
***
Düşmənlə savaşıb bizə uduzdun.
Aclıqdan unutdun azadlıq dadın.
Bir əsr yaşayan əsir ölkəmin,
Yesir övladısan, Əsir övladı
pia.az