Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...

Prezident İlham Əliyevin may ayının 6-da keçirdiyi onlayn müşavirədə SOCAR-ın fəaliyyətini tənqid etdi. AzFakt.com-un əldə etdiyi məlumata görə dövlət başçısının bu tənqidindən sonra SOCAR-da çalışan bəzi dairələr hərəkətə keçərək yaranmış şəraitdən öz şəxsi mənafeləri naminə yararlanmaq istəyirlər.

Əldə etdiyimiz məlumata görə qurum daxilində artıq vəzifə uğrunda qruplaşmalar arasında mübarizəsi başlayıb.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda qeyd edilir ki, SOCAR-da uzun illərdir daha yüksək posta - vitse-prezident postuna sahiblənmək istəyən şəxslərdən biri də Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovdur.

Əslən Naxçıvandan olan Vasif Əmirovun əlaqələrinin geniş olduğu, Bakı və Naxçıvanda ali rəhbərliyə çıxışının olduğu söylənilir. Məlumatda deyilir ki, Vasif Əmirovun uzun illərdir ki, SOCAR-da Neft Kəmərləri kimi strateji idarəyə rəhbərlik etməsi, rəhbərliyin ona olan etimadından irəli gəlir.

İddiaya görə Neft Kəmərləri İdarəsinin rəisi yaxın günlərdə təqaüdə göndəriləcək SOCAR-ın vitse-prezidentlərindən birinin postuna təyin ediləcək.

Xatırladaq ki, Vasif Əmirov bir müddət əvvəl ölkə mətbuatında Türkiyədə milyonluq villa alması ilə gündəmə gəlmişdi.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar