Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.
"QAZ 31" markalı avtomobil yolu keçən Sabirabadda məskunlaşmış Zəngilan sakini, 1949-cu il təvəllüdlü Həsənov Muradəli Misirxan oğlunu vuraraq öldürüb. Sürücünün kimliyi araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
pia.az