Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“Səbail” avrokubokda debüt matçında məğlub olub

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları davam edir

APA-nın məlumatına görə, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail” avrokuboklarda debüt matçına evdə çıxıb.

Bakı klubu Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi ilə bacarmayıb.

Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov komandamızı ümidləndirib - 1:1.

Lakin ikinci hissə "Səbail" üçün uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola bilməyib - 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və komandamızın ikinci qolunu vursa da, meydanı “Universitatya Krayova” qələbə ilə tərk edib - 3:2.

Bununla da, "Səbail" işini çətinə salıb. Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
11 iyul
20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 2:3
Qollar: Mateyu, 13, Banku, 51, Roman, 67 - Ramazanov, 33, 82

Baş hakim: Fyodor Zammit (Malta)
“Səbail: 12. Daniel Bojinovski. 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Duventru Dilan
Baş məşqçi: Aftandil Hacıyev
“Universitatya Krayova”: 13. Mirko Pilyatselli, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 7. Mixay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku, 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbux, 26. Stefan Akka, 27. İvan Martiç,
Ehtiyat oyunçular: 1. Laurentsiu Popesku, 2. Tyaqo Ferreyra, 4. Florin Borta, 9. Karlos Fortes, 17. Ştefan Bayaram, 23. Vasile Konstantin, 31. Aleksandru İonitse
Baş məşqçi: Korneliu Papure
Bakı. “ASCO Arena”

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda ev sahibləri fərqi azaldıblar.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçda Aftandil Haciyevin yetirmələri ikinci qolu vurublar.

Komandamızın heyətində Ağabala Ramazanov özünün və "Səbail"in ikinci qolunu vurub - 2:3.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda qonaqlar yenidən fərqləniblər.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçda Krayova təmsilçisi Aftandil Haciyevin yetirmələrini 3-cü dəfə cəzalandırıblar.

Bu dəfə Mixay Roman qol sevinci yaşayıb.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda üçüncü qol vurulub.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçda qonaqlar yenidən hesabda önə keçiblər.

51-ci dəqiqədə qonaqların futbolçusu Nikuşor Banku hesabı 2:1 edib.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda ikinci hissə başlayıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab bərabərdir - 1:1.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda ilk hissə başa çatıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsində komandalar hərəyə bir dəfə fərqləniblər.

Qarşılaşmanın 13-cü dəqiqəsində qonaqların futbolçusu Aleksandru Mateyu hesabı açıbsa, 20 dəqiqə sonra Ağabala Ramazanov bərabərlik qolunu vurub - 1:1.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçda paytaxt təmsilçisi bərabərlik qolunu vurub.

Komandamızın heyətində 33-cü dəqiqədə Ağabala Ramazanov rəqibi mərkəzə dəvət edib - 1:1.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 13-cü dəqiqəsində qonaqlar fərqləniblər. Aleksandru Mateyunun zərbəsi dəqiq alınıb - 1:0.

***

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları davam edir.

APA-nın məlumatına görə, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail” avrokuboklarda debüt matçına evdə çıxıb.

Bakı klubu Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlir. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi adlamaq üçün doğma azarkeşlər önündə sərfəli nəticə qazanmalıdır. Əks halda, bir həftə sonra cavab oyununda bakılıların işi çətin olacaq.

Qeyd edək ki, komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
11 iyul
20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 0:0
Baş hakim: Fyodor Zammit (Malta)
“Səbail: 12. Daniel Bojinovski. 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Duventru Dilan
Baş məşqçi: Aftandil Hacıyev
“Universitatya Krayova”: 13. Mirko Pilyatselli, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 7. Mixay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku, 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbux, 26. Stefan Akka, 27. İvan Martiç,
Ehtiyat oyunçular: 1. Laurentsiu Popesku, 2. Tyaqo Ferreyra, 4. Florin Borta, 9. Karlos Fortes, 17. Ştefan Bayaram, 23. Vasile Konstantin, 31. Aleksandru İonitse
Baş məşqçi: Korneliu Papure
Bakı. “ASCO Arena”

pia.az

Etiket: Səbail

Şərh yazın.

loading...