Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir Azərbaycandan 14 milyon dollar çıxarıb - Fotolar

2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini işləmiş İsmət Abbasovun Azərbaycandan 14 milyon dollardan artıq pul çıxardığı məlum olub

PİA.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook”da səhifəsində yazıb.

Jurnalist qeyd edir ki, sabiq nazir 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb.

1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu ilin noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Sənədlərdə şirkətin qeydiyyat ünvanı 19 Edinburgh Drive, Staines-Upon-Thames, England olaraq göstərilir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur.

Keşmiş nazirin oğlu hələ atası ölkənin mühüm postlarından birində ikən İngiltərə vətəndaşlığını alıb. İsmət Abbasov dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılan subsidiyaları talayıb, Britaniya vətəndaşı olan oğlu Londona daşıyıb. 2018-ci martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Lindonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb.

KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini – AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar