Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri yekunlaşmaqdadır...

ƏƏSMN-dən verilən məlumata görə, altsistemin yaxın aylarda işə salınması nəzərdə tutulur.

“Reabilitasiya” altsistemi nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) arasında e-formada məlumat mübadiləsinə və onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət edəcək. Reabilitasiya müəssisələrinə qəbul da həmin komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında həyata keçiriləcək. Bu da qəbul prosesinin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin daha təkmil qurulmasına şərait yaradacaq.

Eyni zamanda, bərpa müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı görülmüş reabilitasiya tədbirləri və onların nəticələri “Reabilitasiya” altsisteminə daxil ediləcək. Bu məlumatlar həmin şəxslərlə bağlı fərdi reabilitasiya proqramının tərtib olunması və icrası prosesində zəruri informasiya bazası kimi önəmli rol oynayacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ən çox oxunanalar