Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Rusiya ilə münasibətləri qaydaya salır! – Çinin güclənməsi səbəbilə…

Çinin güclənməsi Qərbi narahat edir

Bu gün Qərblə Rusiyanın münasibətləri dəyişir və bu, Moskva ilə münasibətlərin isinməsindən xəbər verir. İsveçin «Dagens Nyheter» nəşrinin yazdığı kimi, bu proses qlobal amillər, ilk növbədə, Çinin güclənməsi səbəbilə baş verir. Qərb bunda özü üçün artan təhdiləri görür və ona görə də yaxın zamanlarda sözügedən tərəflərin bir-birinin əlini sıxacağı istisna edilmir.

Bu gün çoxları Qərblə Rusiya arasında münasibətlərdə gözlənilən isinməyə barmaq tuşlayır. İsveç nəşrinin yazdığı kimi, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Rusiyanın yenidən «Böyük yeddiliyə» qəbul olunmasını israr etməyə başlayıb ki, bundan sonra format G8 olacaq.

Energetika sferasında Rusiyanın neft və qazından çox asılı olan Almaniya dövləti alman texnologiyalarının Rusiyaya ixracının həcminin artırılmasını nəzərdə tutan müqavilə imzalayıb. Fransa prezidenti Makron isə Parislə Moskva arasında münasibətlərin tənzimlənməsi ilə məşğuldur.

Nəşrin yazdığına görə, Ukrayna məsələsi «açar» olaraq qalır, odur ki, Avropa İttifaqı və ABŞ-ın kollektiv sanksiyaları da ən azı müəyyən müddət qalacaq. Ancaq bu, o demək deyil ki, bir çox qərb ölkələri və ya hər biri ayrılıqda Rusiya ilə münasibətlərdə daha açıq və yumşaq olmayacaq.

Burada çoxsaylı nüanslar var – sadə praqmatizmdən, təmiz rusiyayonlü siyasətə qədər. Məsələn, birinci variant onu nəzərdə tutur ki, Finlandiyanın Baş naziri Pekka Haavistonun bəyan etdiyi kimi, «Liviya və Suriya böhranı kimi, bəzi böhranların həllini Rusiyanın iştirakı olmadan təsəvvür etmək çətindir».

Rusiyayönlü siyasəti isə bir sıra avropalı siyasətçilər, məsələn, Marin Le Pen və Matteo Salvin kimi siyasətçilər yürüdürlər.

Məqalə müəllifinin fikrincə, Rusiyaya baxış qlobal amillər səbəbilə, ilk növbədə, Çinin getdikcə güclənməsi səbəbilə dəyişir. Qərb bunda özü üçün böyük təhlükə görür.

Bu nöqteyi-nəzərdən, hər şeydən mühüm Rusiya ilə Qərbin münaqişəsi yox, ABŞ-la Çin arasında iqtisadiyyat, siyasət, texnologiyalar və silahlı qüvvələr sferaları üzrə dünya liderliyi uğrunda gedən rəqabətdir.

«Bu kontekstdə ABŞ üçün Rusiyanın Ukraynaya və Şərqi Avropa ölkələri üçün yaratdığı təhlükə ikinci plana keçir. Bunun əvəzində, ABŞRusiya Çindən getdikcə daha çox asılılığa (texniki və iqtisadi sahələrdə) yuvarlanmaqdan narahatlıq keçirirlər və bu səbəbdən dolayı, günlərin birində onların bir-birinin əlini sıxaması istina deyil. O zaman, Krım «mübadilə sikkəsi»nə çevrilər və Ukrayna, Polşa, Estoniya, Latviya və Litva tələyə düşmüş olar…» – deyə, İsveç nəşri söhbətə yekun vurur. (AzPolitika.info)

pia.az

 


Etiket: Qərb Rusiya Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar