Cümə, 03 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Putin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün hansı xəritələrdən bəhs edir?

Rusiya prezidenti Vladimir Putin Valday forumunda çıxış edərkən bildirib ki, Rusiya tərəfinin iştirakı olmadan Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti tam nizamlamaq mümkün deyil. Onun sözlərinə görə, keçmiş SSRİ respublikaları arasındakı sərhədlərin qeyd olunduğu inzibati-siyasi xəritələr hazırda Rusiya ordusunun Baş qərargahında saxlanılır.

«Hər iki tərəf həmin xəritələrə əsaslanaraq sakitcə əyləşib qarşılıqlı kompromislər tələb edən bəzi şeyləri müzakirə edə, nəyisə hardasa düzəldə, nəyisə mübadilə edə bilər… Yalnız bu cür mümkündür - hər iki tərəf qəbul etməli və fayda qarşılıqlı olmalıdır», - Putin deyib.

Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi – ErmənistanAzərbaycan sərhədlərinin qarşılıqlı tanınması yolunda açar, iki ölkə arasındakı münaqişəni tənzimləməyə və Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimad yaratmağa imkan verən əsas şərtdir. Beynəlxalq hüquq və ərazilərin bütövlüyü prinsipləri nöqteyi-nəzərindən, Cənubi Qafqazın iki respublikası arasında Sovet sərhədlərinin bərpası - obyektiv və irəliyə doğru addımdır.

Haqqin.az bu mövzu ilə bağlı texnika elmləri doktoru, professor Məqsəd Qocamanovla söhbətləşib. Məqsəd Qocamanov Azərbaycanın ilk peşəkar geodezisti və kartoqrafı, BDU-nin kartoqrafiya və geodeziya kafedrasının müdiridir. O, Rusiya prezidentinin Valday forumunda bəhs etdiyi xəritələri yaxşı bilir.

Professor Məqsəd Qocamanov

- Söhbət hansı xəritələrdən gedir?

- Rusiy prezidenti Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyasının Sovet topoqrafik xəritələrinin surətlərinə əsaslanaraq həyata keçirilməsini təklif edir. Delimitasiya - məntəqə və obyektlərin qeyd olunması, demarkasiya isə onların həmin ərazilərdə markalanması, nişanlanmasıdır.

Sovet İttifaqında müttəfiq respublikalar arasındakı sərhədlərin əks olunduğu xəritələr SSRİ Nazirlər Sovetinin nəzdindəki Baş geodeziya və kartoqrafiya idarəsinin (SSRİ NS nəzdində BGKİ) sərəncamında idi.

Respublikaların sərhədlərindəki bütün dəyişikliklər yaşayış məntəqələrinin, çay, dağ və digər obyektlərin adları qeyd olunmaqla məhz BGKİ-də təsdiqlənir, razılaşdırılmış dəyişikliklər BGKİ-nin növbətçi xəritəsinə daxil edilirdi. Bundan sonra respublikalar dəyişikliklərin qeyd olunduğu növbətçi xəritənin nüsxəsini alırdılar. O cümlədən, Azərbaycan SSR və Ermənistan SSR də sərhədlərin razılaşdırılmış dəyişikliklərinin əks olunduğu xəritənin nüsxəsini alıb. Prinsipcə, BakıYerevan üçüncü tərəfin iştirakı olmadan da demarkasiya və delimitasiyanı apara bilər. Ancaq demarkasiya və delimitasiya proseslərini Azərbaycandan ərazi qoparmaq məqsədilə ləngidən Ermənistanın xoş olmayan niyyətləri səbəbindən prezident Putin neytral tərəfin nümayəndəsi kimi çıxış edərək Rusiya Silahlı qüvvələrinin Baş qərargahında saxlanılan topoqrafik xəritələrdən yararlanmaq təklifini verib. Yeri gəlmişkən, BGKİ dövrünün xəritələri hazırda Roskartoqrafiyanın xəritə anbarlarında saxlanılır.

- Sizin fikrinizcə, Ermənistanın bizim ərazimizin bir hissəsinə iddia etmək üçün hansısa əl yeri varmı?

- Azərbaycan SSR-in sərhədlərinin işarələnməsi ilə bağlı heç kəs bizi aldada bilməz. Bununla belə, çox vacibdir ki, demarkasiya və delimitasiya prosesində Azərbaycanın təcrübəli kartoqrafları da iştirak etsin. Bizim komissiyamız var, oraya “Geodeziya və kartoqrafiya” MMC-nin ekspertləri, ARDNŞ-in ekspertləri və digərləri daxildir. Putinin bəhs etdiyi və Azərbaycan SSR-in sərhədlərinin qeyd olunduğu xəritələrin nüsxələri əvvəllər Dövlət torpaq və kartoqrafiya komitəsində, sonralar isə Ekologiya və təbii sərvətlər nazirliyinin nəzdindəki “Geodeziya və kartoqrafiya” MMC-də saxlanılırdı.

- Lakin Putin Rusiya ordusunun Baş qərargahının xəritələrindən danışır. SSRİ-nin siyasi-inzibati ərazi bölgüsünün hərbi və mülki xəritələri arasında hansı fərqlər var?

- SSRİ respublikalarının xarici və daxili sərhədlərinin əks olunduğu hərbi və siyasi xəritələr arasında prinsipial fərq yoxdur. Hərbi xəritələr də elə BGKİ-nin həmin xəritələridir, sadəcə orada müdafiə və hərbi əməliyyatların təşkilində maraq kəsb edən yerüstü obyektlər göstərilir. 1950-60-cı illərdə kartoqrafiya və geodeziya praktik olaraq SSRİ hərbi idarəsinin təsir dairəsində idi. Peşəkar kartoqrafların hamısı hərbçi idi, paqon daşıyırdı, sahə özü isə məxfi idi. Rusiyada indi də hərbi topoqrafiya institutları var. SSRİ-də BGKİ və Hərbi-topoqrafik xidmət xəritələrdəki dəyişiklikləri həmişə razılaşdırırdılar. Yeri gəlmişkən, dünyanın bütün ölkələrinin hərbi idarələrində geodeziya və kartoqrafiya xidməti mövcuddur. Sovet dövründə Qazax rayonunda və Bakıda keçmiş “Spartak” stadionunun yaxınlığında hərbi-topoqrafik hissələr yerləşirdi. SSRİ dağılanda Qazaxdakı hissədən hərbi xəritələri Bakıdakı xəritə anbarına köçürdülər.

- Bu xəritələrlə sərhədi nə dərəcədə dəqiq müəyyən etmək olar? Axı Azərbaycan ərazisinin bir hissəsi 30 ilə yaxın müddətdə erməni işğalında olub…

- Mülki xəritələrdə miqyasdan asılı olaraq üfüqi müstəvidə yerləşən bütün obyektlər əksini tapıb. Bu xəritələr hansısa bir sahədəki təsvirlərə üstünlük vermir. Deyək ki, əsasən nəqliyyat şəbəkəsini, yaxud meşə ehtiyatlarını təsvir edən xəritələr var. Yəni, Putinin söylədiyi xəritələrlə sərhədi dəqiq və obyektiv müəyyən etmək olur. Ermənilər fəza sahəsinə malik obyektlərlə, məsələn, dağlar və təpələrlə spekulyasiya edərək ərazinin bir hissəsini öz tərəflərinə çəkməyə çalışa bilərlər, ancaq bizim mütəxəssislərimiz səthin üfüqi və maili ölçmələrdəki fiziki fərqlərini hesablamağı bacarırlar. Yəni, ermənilər bizim ərazilərimizdən bir kvadrat metr belə qopara bilməyəcəklər. Azərbaycanla Ermənistan arasındakı sərhədi daha dəqiqliklə miqyası 1:10000 olan xəritə ilə müəyyənləşdirmək olar. Buna heç bir şübhə olmamalıdır.

Sovet vaxtının hərbi xəritələri

- Ermənilər Azərbaycan ərazilərinin onlara verilməsi təklifi ilə BGKİ-yə tez-tez müraciət edirdilər?

- Tez-tez. Onlar həmçinin öz ərazilərindəki bütün türk toponimlərini erməni adları ilə əvəzləmək istəyirdilər. Yeri gəlmişkən, ermənilər heç vaxt onlara məxsus olmamış torpaqlarda saysız-hesabsız “tiqranokertlər” uydurmaqda mahir ustadırlar. Sovet dövründə erməni məmurlar tez-tez BGKİ-yə yaşayış məntəqələrinin, göllərin, çayların adlarını öz sözlərinə dəyişdirmək üçün axmaq təkliflərlə müraciətlər edirdilər… Və mütəmadi olaraq yeni “tarixi xəritələrlə” Moskva idarələrinin kandarını kəsdirirdilər. Həmin xəritələrdə isə bizim torpaqlarımız “Ermənistanın tarixi əraziləri” kimi təqdim olunurdu. Deməliyik ki, BGKİ coğrafi adlarda istənilən dəyişikliklərə neqativ yanaşırdı, çünki dağ, çay, göllərin toponimləri Sovet dövlət-təsərrüfat sənədlərində əksini tapırdı. Düzdür, Yerevan toponimlərin dəyişdirilməsində nələrəsə nail ola bilirdi…

O ki qaldı Azərbaycanla sərhədlərə, tarixi faktları dəyişdirmək ermənilərə xas olan adətdir. Sovet dövründə onlar guya ki, qədim Ermənistanın tamamilə şübhəli və böyük ehtimalla saxtalaşdırılmış xəritəsini haradansa çıxararaq mövcud sərhədlərin dəyişdirilməsi xahişi ilə dövlət orqanlarına müraciət edirdilər. Bunun hazırda nəyə gətirib çıxardığı hamıya bəllidir.

Yeri gəlmişkən, biz erməni və rus mənbələrinin əsasında Ermənistanın hidronimlərinin (su obyektlərinin – çay, göl və s. adları) xəritəsini tərtib etmişik. Beləliklə, 1930-40-cı illərdə hidronimlərin 90 faizi türk mənşəli idi.

- Bəs bolşeviklər Azərbaycan-Ermənistan sərhədini hansı xəritələrlə müəyyənləşdirmişdilər? ADR-in xəritəsində sərhəd Göyçə gölünün ortasından keçirdi…

Ümumiyyətlə, Cənubi Qafqazın xəritəsi Rusiyanın Persiya üzərində qələbəsindən sonra yaradılıb. Rus çarı 1837-ci ildə Azərbaycana ekspedisiya yollayır və beləliklə, mövcud obyektlərin yerləşmə zonaları, onların Qara dənizdən Xəzərə qədər parametrləri göstərilən sənədlər hazırlanır. Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Respublikasının sahəsi rəsmən 120 min kv. km. olur. Bildiyiniz kimi, siyasi oyunların nəticəsində ərazimiz 86,6 min kv. km.-ə qədər azalır.(virtualaz.org)

pia.az 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Əli Kərimlinin növbəti ifşası Real TV-də Saleh Rüstəmlinin dilindən səsləndirilib - Video

İcra hakimiyyətləri ləğv olunacaq? – 14 icra başçısı ola bilər

İranda bitməyən sosial etirazlar - Molla rejimi hansı səbəbdən kütləvi etirazları asanlıqla yatıra bilir?

Xalid Niyazov: “Ramiz Mehdiyev elə bilir AMEA buna dədəsindən miras qalıb”

Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nəğd pula alıb-satmaq mümkün olmayacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay